Bu barədə “Yeni Şafak” qəzeti yazıb. Məlumata görə, Suriyanın müdafiə naziri Murhaf Əbu Kəsra və Baş Qərargah rəisi Əli əl-Naasan ilə görüşlər keçirilib. Tərəflər regional məsələləri və Suriya ordusu ilə əməkdaşlıq istiqamətində addımları müzakirə ediblər.Bundan əlavə, Türkiyə nümayəndə heyəti Suriya ordusunun hərbi obyektlərinə baxış keçirib.