lider-media.az

DİN-dən süni intellektlə bağlı xəbərdarlıq

Baxış: 578 Tarix: 28-01-2025, 11:14

DİN-dən süni intellektlə bağlı xəbərdarlıq

Daxili İşlər Nazirliyi (DİN) süni intellektlə bağlı xəbərdarlıq edib.

Xəbərdarlıqda deyilir:"Süni intellekt texnologiyasından istifadə hallarının artdığı bir dövrdə kiberhücumlara məruzqalma halları müşahidə olunur.
Etibarlı olmayan süni intellekt həllərindən istifadə məlumatları üçüncü tərəflərə ötürə və nəticədə kiberdələduzların hücumlarını asanlaşdıra bilər. Süni intellektdən istifadə edərkən müəssisənizə aid məxfi məlumatları da qarşı tərəfə ötürmək eyni sonluqla nəticələnə bilər.
Qeyd olunanları nəzərə alaraq bir daha çağırış edirik ki, bu hallarla bağlı vətəndaşlar diqqətli olsunlar, süni intellekt xidmətlərindən istifadə edərkən fərdi məlumatlarını qarşı tərəfə ötürməkdən çəkinsinlər".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi