lider-media.az

Ali məktəblər arasında ilk dəfə BANM-də Süni intellekt elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb

Baxış: 334 Tarix: 28-03-2024, 11:33


Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə olaraq Bakı Ali Neft Məktəbində (BANM) SOCAR tərəfindən yaradılan Süni intellekt elmi-tədqiqat laboratoriyası istifadəyə verilib.

Bu barədə Ali Neft Məktəbindən məlumat verilib.

Laboratoriya BANM-də təhsil alan magistrant və doktorantların süni-intellekt istiqamətində elmi-tədqiqat layihələrini həyata keçirməsi məqsədilə qurulub. Elmi-tədqiqat mərkəzində həmçinin müxtəlif startap və qrant layihələrinin reallaşdırılması nəzərdə tutulur.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bu laboratoriyanın gənc tədqiqatçıların gələcək inkişafı istiqamətində mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Vurğulayıb ki, burada Çinin müvafiq təhsil və tədqiqat qurumları ilə birgə layihələr həyata keçiriləcək.

SOCAR-ın Kommunikasiya məsələləri üzrə icraçı direktoru Aygün Hüseynova laboratoriyanın fəaliyyətinə uğurlar arzulayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi