lider-media.az

Baş Prokurordan yeni təyinatlar

Baxış: 33 Tarix: 24-01-2025, 14:41

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Sumqayıt şəhər prokurorunun müavini İsmayıl Abiyev Siyəzən rayon prokuroru vəzifəsinə təyin edilib.İ.Abiyev əvvəllər Bakı şəhərinin Yasamal və Nərimanov rayon prokurorluqlarında müstəntiq, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsində, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində, habelə Bakı şəhər prokurorluğunda idarə və şöbə prokuroru vəzifələrində işləyib.

Baş Prokurorun digər əmrilə Yusuf Novruzov Sumqayıt şəhər prokurorunun müavini vəzifəsinə təyin edilib.Y.Novruzov əvvəllər Qaradağ rayon prokurorluğunun müstəntiqi, Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin Kriminalistika şöbəsinin prokuroru vəzifələrində işləyib.Bu təyinata qədər Yusif Novruzov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru vəzifəsində işləyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi