lider-media.az

Baş prokuror əmrlər imzalayıb

Baxış: 710 Tarix: 11-07-2024, 17:33

Baş prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Fərid Nağıyev Qaradağ rayon prokuroru vəzifəsinə təyin edilib.

Fərid Nağıyev bu təyinata qədər Bakı şəhər prokurorunun müavini vəzifəsində işləyib.

Baş prokurorun digər əmri ilə Toğrul Muxtarov Bakı şəhər prokurorunun müavini vəzifəsinə təyin olunub.

Toğrul Muxtarov bu təyinata qədər Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsində işləyib.

Bundan başqa, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Füzuli hərbi prokuroru vəzifəsini icra edən Elçin Hacıyev ikinci səlahiyyət müddətinə həmin vəzifəyə təyin edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi