lider-media.az

Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərimizdə təhsil alan şagirdlər üçün maarifləndirici görüşlər keçirilib

Baxış: 327 Tarix: 21-01-2025, 14:08

Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Cəbrayıl rayonu Cəbrayıl şəhəri tam orta məktəbin, Zəngilan rayonu Ağalı kənd tam orta məktəbin, Laçın rayonu Çıraqlı kənd tam orta məktəbin, Kəlbəcər rayonu 84 nömrəli tam orta məktəbin şagirdləri ilə ətraf mühitin mühafizəsi sahəsində maarifləndirici görüşlər keçirilib.Görüşlər çərçivəsində şagirdlərə ətraf mühitin mühafizəsi, tullantıların düzgün idarə edilməsi üsulları izah olunub, onları maraqlandıran suallar cavablandırılıb.Qeyd edək ki, regionlarda yaşayan əhalinin ətraf mühit sahəsində məlumatlılıq səviyyəsinin artırılması məqsədilə mütəmadi olaraq keçirilən maarifləndirici görüşlər ilboyu davam edəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi