lider-media.az

Yanvarın 18-i saat 11:00-a olan faktiki hava

Baxış: 285 Tarix: 18-01-2025, 11:51

Yanvarın 18-i saat 11:00-a olan faktiki hava
Milli Hidrometeorologiya Xidmətinin yanvarın 18-i saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi şərq rayonlarında arabir yağıntılı olub, dağlıq rayonlarda qar yağıb.
Düşən yağıntının miqdarı Şamaxıda 2 mm, Şəki, Qobustan, Şahdağ, Astarada 1 mm-dək olub.Qar örtüyünün hündürlüyü Qrız, Ordubadda 2 sm-dir.
Bəzi yerlərdə qərb küləyi əsib, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Tovuz, Ceyrançöldə 20 m/s, Naftalan, Şəmkir, Gəncədə 18 m/s-dək güclənib.
Bakı, Sumqayıt, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Qax, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Qusar, Qrız, Yevlax, Göyçay, Zərdab, Lerikdə duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 7 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi