Şirvan bələdiyyəsi üzrə YAP namizədlərinin seçicilərlə növbəti görüşü keçirilib
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şirvan şəhəri, Şirvan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə çıxış edən YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov bələdiyyə institutunun yerli demokratiyanın göstəricisi olduğunu bildirib. O, həmçinin qeyd edib ki, yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan YAP daim xalqın mənafeyindən çıxış edib və bu gün siyasi sistemin aparıcı qüvvəsi kimi ölkəmizə mühüm nailiyyətlər qazandırmaqdadır.
Təşviqat qrupunun üzvləri Nəriman Şahbazov, Adəm Hüseynov, Vasif Əlizadə, bələdiyyə üzvlüyünə namizədlər Kürdoğlu Muradov, Teymur Məmmədov, Telman Xəlilov, Sərraf Əzimov, Akif Saqiyev, Samirə Abışova, Aytac Əliyeva, İradə Atayeva, İlham Səfərov və Emin Azadov uğurlarımızın davamı naminə seçiciləri bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Görüş zamanı seçici Mirzəbala Dadaşov və başqaları YAP fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, namizədlər seçicilərlə məhəllə görüşləri də keçiriblər.
Rasim Nəhmədov,
Şirvan.