lider-media.az

Şirvanda Bələdiyyə üzvülüyünə namizədlərin seçicilərlə görüşləri davam edir

Baxış: 137 Tarix: 15-01-2025, 13:21

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şirvan şəhəri Şirvan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin M.Ə.Rəsulzadə küçəsi, T.İsmayılov küçəsi və Naxçıvan küçəsində  yaşayan seçicilərlə görüşü keçirilib.

Görüşdə çıxış edən YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov ümumxalq partiyası olan YAP-ın zəngin və şərəfli inkişaf tarixinə malik olduğunu deyib. O söyləyib ki, partiya yarandığı gündən xalqın etimadını doğruldub və keçirilən bütün seçkilərdə inamlı qələbələr qazanıb. Əminliklə vurğulanıb ki, Yeni Azərbaycan Partiyasının qələbəsi bütün Azərbaycan xalqının qələbəsidir.

Bələdiyyə üzvlüyünə namizədlər Kürdoğlu Muradov, Akif Saqiyev, Sevinc Alışova, Aytac Əliyeva, Sərraf Əzimov, İlham Səfərov və Samirə Abışova  bələdiyyə seçkilərində əldə ediləcək nəticələrin YAP-ın gücünün növbəti ifadəsi olacağını deyiblər.

Seçicilər də bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.


Rasim Nəhmədov, 
Şirvan.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi