YAP-32. Alternativsiz siyasi qüvvə
Tarixi zərurətdən yaranan və siyasi səhnəyə gəlişinin 32-ci ildönümü tamam olan Yeni Azərbaycan Partiyasının cəmiyyətdə alternativsiz siyasi qüvvə kimi qəbul olunması onun ötən illərdə hər bir fərdin arzu və istəklərinin təminatçısına çevrilməsi ilə şərtlənir. Bu mənada YAP-ın növbəti ildönümü təkcə partiyanın çoxsaylı üzvləri üçün deyil, ümumilikdə Azərbaycanın hər bir vətəndaşı üçün son dərəcə əlamətdardır. Azərbaycanın müstəqillik dövrünün ən çətin və keşməkeşli dövründə yaranan bu partiya indi sadəcə ölkəmizin yox, bütün Cənubi Qafqazın ən nüfuzlu aparıcı siyasi qüvvəsi kimi özünü təsdiq edir.
Azərbaycanın yeni tarixində mühüm siyasi əhəmiyyəti olan hadisələr arasında Yeni Azərbaycan Partiyasının yaradılması xüsusi yer tutur. Bu partiyanın yaranması respublikamızın müasir tarixinin ən yaddaqalan hadisələrindəndir. YAP Azərbaycan tarixinin son dərəcə ağır və mürəkkəb günlərində, ölkənin ciddi qarşıdurmaya məruz qaldığı bir dövrdə ziyalıların təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.
32 il şərəfli yol keçən qələbələr partiyası olan Yeni Azərbaycan Partiyası sıralarında 850 mindən çox insanı birləşdirir. Azərbaycanın müstəqillik tarixində qazandığı hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz dəst-xətti, rolu vardır. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyası ölkə qarşısında duran problemləri həll etməyə qadir, siyasi həyatda özünü təsdiqləmiş monolit bir siyasi qüvvədir. Partiya hər bir qərarında Heydər Əliyev ideyalarına, Onun milli məfkurəsinə əsaslanaraq dövlətin, xalqın maraqları zəminində öz fəaliyyətini qurub. Yeni Azərbaycan Partiyası siyasi sistemin monolit gücü və avanqard siyasi institutudur. Başqa sözlə, YAP sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə Azərbaycanın siyasi palitrasının ən güclü və nüfuzlu partiyasıdır.
YAP umummilli lider Heydər Əliyevin xalqımıza verdiyi ən böyük töhfələrdən biridir. Ümummilli liderin rəhbərliyi ilə, Onun ətrafında yaranan bu partiya Azərbaycanda dövlət quruculuğuna, müstəqilliyin möhkəmlənməsinə, ölkənin inkişafına, respublikada vətəndaş cəmiyyətinin, milli birliyin formalaşmasına sanballı töhfələr verib. Partiya böyük beynəlxalq nüfuza malikdir, bir sıra ölkələrin aparıcı partiyaları ilə əməkdaşlıq edir ki, bütün bunlar da YAP-ın nə qədər mükəmməl bir siyasi qurum olduğunu təsdiqləyir. Bu gün YAP cəmiyyət tərəfindən birmənalı olaraq quruculuq, sabitlik, inkişaf, rifah və xalqın partiyası kimi qəbul edilir Böyük qürur hissi ilə üzvü olduğumuz YAP dahi Heydər Əliyevin əmanəti, siyasi "şah əsəri"dir. Ümummilli liderimizin böyük uzaqgörənliklə söylədiyi “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır” fikri ötən müddətdə öz tarixi həqiqiliyini təsdiq edib. Bu, olduqca böyük şərəf, eyni zamanda böyük məsuliyyətdir. Çünki cəmiyyətin bu baxımdan YAP-dan, onun üzvlərindən böyük gözləntiləri və tələbləri var. Daim yeniləşmə, modernləşmə, xalqa daha da yaxınlaşma YAP-ın fəaliyyətinin əsas prioritetləridir. Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev demişdir: “Bizim əldə edilmiş bütün uğurlarımızda Yeni Azərbaycan Partiyasının, onun üzvlərinin böyük əməyi, zəhməti, rolu var. Bu gün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi bu böyük məsuliyyəti hiss edir, onu öz üzərinə götürür. Partiyamızın üzvləri müxtəlif sahələrdə ölkəmizin ümumi inkişafına çox böyük töhfələr verirlər. Bu gün Yeni Azərbaycan Partiyası dünya miqyasında çox böyük və güclü partiyadır”.
Yeni Azərbaycan Partiyasının qurucusu, böyük dövlət xadimi Heydər Əliyevin YAP-ı yaradarkən qarşıya qoyduğu məqsəd və vəzifələr, demək olar ki, bütünlüklə artıq yerinə yetirilib. Bunlar ölkəmizdə ictimai-siyasi sabitliyin bərpa olunması, dövlətçiliyimizin möhkəmləndirilməsi, milli maraqlarımızı beynəlxalq münasibətlər sistemində müdafiə edə bilən xarici siyasət strategiyasının formalaşdırılması, milli rəqabətqabiliyyətli iqtisadiyyatın yaradılması, müstəqil siyasətin həyata keçirilməsi və ən əsası, ərazi bütövlüyümüzün bərpa olunması ilə bağlı olan prinsiplər idi. Azərbaycan Prezidenti, partiyamızın Sədri cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərlə Azərbaycan xalqının, eyni zamanda, Yeni Azərbaycan Partiyasının ən mürəkkəb və ən çətin, ancaq həm də ən ali məqsədini reallaşdırmış oldu. Azərbaycan möhtəşəm qələbə qazanaraq həm tarixi ədalətin, həm də ərazi bütövlüyünün bərpasına nail oldu.
Prezident İlham Əliyevin sədrliyi ilə uğurla fəaliyyət göstərən YAP nəinki Azərbaycanın, eləcə də bölgənin ən güclü siyasi partiyasına çevrilib. Bu partiya Azərbaycanın ictimai-siyasi həyatında hər zaman alternativsiz siyasi təşkilat kimi nüfuzunu gündən-günə artırır, daha da güclənir, yeni-yeni nailiyyətlər əldə edir. Fəxrlə demək olar ki, ölkəmizin ictimai-siyasi, sosial va mədəni hayatında əldə olunan hər bir uğur, məhz Yeni Azərbaycan Partiyasının iqtidar partiyası olaraq dünyada və regionda baş verən hadisələri real qiymətləndirərək, realist siyasət həyata keçirməsi nəticəsində əldə olunmuşdur.
YAP ölkənin siyasi həyatının ən fəal, ən novator, ən təşəbbüskar qüvvəsidir. Azərbaycanın ictimai-siyasi həyatında əhəmiyyətli yer tutan partiyadır. Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər silsilə xarakter daşıyır və bugünkü uğurların ciddi tarixi və siyasi əsasları mövcuddur. Sirr deyil ki, partiya ulu öndər Heydər Əliyev yolu ilə irəliləyərək çox böyük və şərəfli yol keçib. Əminliklə söyləyə bilərik ki, cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir. YAP öz səmərəli fəaliyyəti ilə Azərbaycanın inkişafına xüsusi töhfələr verir, ölkənin etibarlı gələcəyinin təmin olunmasında müstəsna rol oynayır. Bir sözlə, Ulu öndər Heydər Əliyevin bildirdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır.
Beləliklə, Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər silsilə xarakter daşıyır və bugünkü uğurların ciddi tarixi və siyasi əsasları mövcuddur. Sirr deyil ki, YAP ulu öndər Heydər Əliyev yolu ilə irəliləyərək çox böyük və şərəfli yol keçib. Əminliklə söyləyə bilərik ki, cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir. YAP öz səmərəli fəaliyyəti ilə Azərbaycanın inkişafına xüsusi töhfələr verir, ölkənin etibarlı gələcəyinin təmin olunmasında müstəsna rol oynayır. Bir sözlə, Ulu öndər Heydər Əliyevin bildirdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır.
Yeni Azərbaycan Partiyası demokratik prinsiplər və ideyalara sadiq qalan bir partiyadır. Konstitusiya və qanunvericilik çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən siyasi partiyadır. YAP hakim siyasi partiya kimi bundan sonra da respublikamızın yüksəlişinə layiqli töhfələr verəcək, fəallığı ilə cəmiyyətə nümunə olacaqdır.
Partiyanın ideyaları, siyasəti xalq tərəfindən yüksək səviyyədə dəstəklənir. Yarandığı gündən indiyədək iştirak etdiyi bütün seçkilərdə qalib qələn partiyanın gələcək hədəfləri də aydındır: müstəqilliyin dönməzliyi, davamlı iqtisadi inkişaf, hər bir Azərbaycan vətəndaşının üstün sosial rifahı...
Lider-Media.az