lider-media.az

Şirvan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib

Baxış: 1 149 Tarix: 10-01-2025, 23:41

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şirvan şəhəri, Şirvan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov ölkəmizin həyatında baş verən mühüm ictimai-siyasi proseslər və partiyanın qazandığı uğurlardan bəhs edib. “Müasir Azərbaycan Heydər Əliyev ideyalarının təntənəsidir”, - deyən Z.Qəhrəmanov əlavə edib ki, bu gün Ulu Öndər Heydər Əliyevin siyasi varisi, dövlət başçısı, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi ilə qalib xalqın nümayəndələri kimi möhtəşəm uğurlara şahidlik edir və gələcəyə doğru inamla addımlayırıq.

Bələdiyyə üzvlüyünə namizədlər Sərraf Əzimov, Sevinc Alışova, İlham Səfərov, Teymur Məmmədov, İradə Atayeva, Aytac Əliyeva, Emin Azadov və Akif Saqiyev yerli özünüidarəetmənin təkmilləşdirilməsi istiqamətində görülən işlər və bu sahədə başlıca hədəflərdən bəhs ediblər. Diqqətə çatdırılıb ki, əsas məqsəd əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılmasıdır. Onlar bələdiyyə seçkilərinin əhəmiyyətini vurğulayaraq hər bir vətəndaşı seçkilərdə aktiv iştirak etməyə çağırıblar.


Rasim Nəhmədov,

Şirvan şəhəri.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi