lider-media.az

Rusiyada terror aktı ilə əlaqədar daha bir nəfər saxlanılıb

Baxış: 323 Tarix: 26-03-2024, 15:54

“Crocus City Hall” konsert zalında baş vermiş terror aktı ilə əlaqədar daha bir nəfər saxlanılıb.

Lider-Media.az xəbər verir ki, əslən qırğız olan Əlişir Qasımov Rusiya vətəndaşıdır. Moskva vilayətində fərdi sahibkarlıqla məşğul olan Qasımovun üç uşağı var. O iddia edib ki, cinayətkarlarla şəxsi münasibətləri olmayıb. Mənzilini onlara “Avito” elanlar servisi vasitəsilə kirayə verib.

Beləliklə, “Crocus City Hall”da baş vermiş terrorla bağlı həbs edilənlərin sayı 8-ə çatıb.

Son məlumata görə, terror aktı zamanı xəsarət almış 92 nəfər hazırda xəstəxanalarda müalicə alır. Onlardan 6 nəfəri uşaqdır. 9 nəfərin vəziyyəti olduqca ağır qiymətləndirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi