lider-media.az

Bakıda baş verən yanğın zamanı 25 nəfər təxliyə olunub

Baxış: 674 Tarix: 25-03-2024, 18:11

Bakıda baş verən yanğın zamanı 25 nəfər təxliyə edilib.

Bu barədə Lider-Media.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Səbail rayonu, Qəsr küçəsində hər mərtəbəsi 750 kvadratmetr olan dördmərtəbəli otel binasının ikinci mərtəbəsində sahəsi 9 kvadratmetr olan saunanın yanar konstruksiyaları yanıb. Yanğın zamanı nazirliyin müvafiq qüvvələri tərəfindən 25 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi