lider-media.az

Ərdoğan Suriyadakı hakimiyyət dəyişikliyini Türkiyənin qələbəsi adlandırıb

Tarix: Bu gün, 06:59

Ərdoğan Suriyadakı hakimiyyət dəyişikliyini Türkiyənin qələbəsi adlandırdı
Suriyada hakimiyyət dəyişikliyi bu ölkənin qonşusu kimi həm də Türkiyənin qələbəsi idi.Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O vurğulayıb ki, Bəşər Əsəd rejimininin sona çatmasına sevinməyənlər Türkiyənin qələbəsini qəbul edə bilməzlər.
Bundan əvvəl Ərdoğan ərəb ölkələrini Suriyanın bərpasına kömək etməyə çağırıb və ölkənin 500 milyard dollardan çox zərər çəkdiyini qeyd edib. Türkiyə liderinin sözlərinə görə, beynəlxalq ictimaiyyət Suriyanın yenidən qurulmasına töhfə verməlidir.
Xatırladaq ki, noyabrın 27-də müxalifət silahlı birləşmələrinin üzvləri Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinin mövqelərinə genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də axşam saatlarında üsyançılar bir neçə böyük şəhəri - Hələb, Həma, Deyr əz-Zor, Dəra və Homsu ələ keçirdilər. Bazar günü səhər onlar Dəməşqə daxil olublar, bundan sonra Suriya ordusunun bölmələri şəhəri tərk ediblər.
Suriya prezidenti Bəşər Əsəd həmin gün ölkəni tərk edib.
Dekabrın 10-da 2024-cü ilin yanvar ayından İdlib vilayətində müxalifətin yaratdığı Qurtuluş Hökumətinə başçılıq edən Məhəmməd əl-Bəşir Suriya hökumətinin başçısı təyin olunduğunu açıqlayıb. Keçid hökuməti 2025-ci il martın 1-dək davam edəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi