lider-media.az

Əsədin "insan qəssabxanası"ndan dəhşətli görüntülər

Baxış: 29 Tarix: 11-01-2025, 16:02

Əsədin "insan qəssabxanası"ndan dəhşətli GÖRÜNTÜLƏR

Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra minlərlə insanın işgəncələrlə həyatını itirdiyi Sednaya həbsxanası ən çox müzakirə edilən yerlərdən biri olub.

Dəməşq ətrafında yerləşən, həftədə iki dəfə edamların həyata keçirildiyi və ətrafında onlarla kütləvi məzarlığın olduğu Sednaya həbsxanasında cəmi 10 ildə 30-35 min adamın edam edildiyi deyilir.

Suriyalılar tərəfindən “insan qəssabxanası” kimi təsvir edilən Sednaya Həbsxanası 1987-ci ildə tikilib və hərbi personalın saxlanılması üçün nəzərdə tutulub. Ancaq sonradan əsasən siyasi məhbusların və hökumət əleyhdarlarının saxlanıldığı bir həbsxanaya çevrilib. 1,4 kvadrat kilometrlik həbsxanaya ilk məhbuslar 1987-ci ildə Bəşərin atası Hafiz Əsədin hakimiyyətinin 16-cı ilində aparılıb. Tam fəaliyyətə başlayanda həbsxananın iki təcridxanası olub.

Lider-Media.az AzTV-də insanlığın ən dəhşətli üzünün göründüyü Sednaya həbsxanasından görüntülər təqdim edilib.Əsəd rejiminin dəhşətlərini yaşamış keçmiş məhbus AzTV-yə dəhşətli detallar açıqlayıb.Sözügedən görüntüləri təqdim edirik:

 



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi