lider-media.az

İki qitəni birləşdirən gözəlliklər adasının incisi -İstanbul

Tarix: Bu gün, 13:12

İstanbul zəngin tarixi və mədəniyyəti ilə nəinki Türkiyənin, eləcə də dünyanın ən maraqlı, diqqət cəlb edən şəhərlərindən biridir. İstanbul dünyada Avropa və Asiya kimi iki qitədə yerləşən yeganə şəhər kimi tanınır. İqtisadi böyüklüyünə görə dünyada 34-cü, əhalisinə görə Avropada birinci, dünyada isə Laqos şəhərindən sonra altıncı sırada yer alır.
Şəhər Bosfor boğazı ilə də çox məşhurdur. 
İstanbul Türkiyə turizmi üçün də çox əhəmiyyətli yerə sahibdir. Belə ki, bu şəhər turizm sayəsində qardaş ölkəyə milyon dollarla gəlir gətirir. 
Lider-media.az xəbər verir ki, İstanbulda Bizans və Osmanlı dövrünə aid bir çox tarixi abidələr və saysız-hesabsız kilsə və məscidlər mövcuddur. Şəhər üç səmavi dinin ibadət yerləri ilə yanaşı, sarayları və muzeyləri də diqqəti cəlb edir. 

Sultanəhməd meydanı İstanbulun tarixi mərkəzi olaraq tanınır və burada şəhərin ən möhtəşəm abidələri yerləşir. Burada yerləşən Ayasofya bir zamanlar xristian kilsəsi, daha sonra isə məscid kimi fəaliyyət göstərib, bu gün isə muzey olaraq xidmət edir. Memarlıq baxımından möhtəşəm olan Ayasofya özünün böyük qübbəsi və zərif mozaikaları ilə ziyarətçiləri valeh edir. Ayasofyanın yaxınlığında yerləşən Sultanəhməd Məscidi (Mavi Məscid) Osmanlı dövrünün ən gözəl nümunələrindən biridir. Məscid, içərisindəki mavi çini naxışlarına görə "Mavi Məscid" adlanır və hələ də ibadət məkanı kimi fəaliyyət göstərir. Osmanlı sultanlarının yaşadığı Topqapı Sarayı da Sultanəhməd meydanındadır.  
İstanbul təkcə tarixi irsi ilə deyil, həm də müasir ticarət və əyləncə mərkəzləri ilə də tanınır. 
İstanbulun ən məşhur küçələrindən biri olan İstiklal prospekti hər gün minlərlə insanın gəzinti üçün seçdiyi məkandır. 
Qədim bazar mədəniyyətinə malik Qapalıçarşı şəhərin ən məşhur ticarət mərkəzlərindən biridir.  Burada antik əşyaların, xalçaların satıldığı yüzlərlə mağaza mövcuddur.  

İstanbul haqqında 10 maraqlı fakt
1. İstanbul dünyada Avropa və Asiya kimi iki qitədə yerləşən yeganə şəhərdir.  

2. İstanbul Türkiyə turizmi üçün də çox əhəmiyyətli yerə sahibdir. Belə ki, bu şəhər turizm sayəsində qardaş ölkəyə hər il milyonlarla dollar gəlir gətirir. 

3. İstanbul 7 təpə üzərinə inşa oldunuğu üçün "7 təpəli şəhər" olaraq adlanır. 

4. İstanbulda 1875-ci ildə inşa edilən metro dünyanın ən qədim 3-cü metro xəttidir. 

5. İstanbul Türkiyədə ən çox əhalinin məskunkaşdığı şəhərdir.  İqtisadi böyüklüyünə görə dünyada 34-cü, əhalisinə görə Avropada birinci, dünyada isə Laqos şəhərindən sonra altıncı sırada yer alır.

6. Əhalisinin sayı 16 milyondan çox olan İstanbul Yunanıstan, Portuqaliya, Belçika, Tunis kimi dünyadakı bir çox ölkədən daha böyükdür. 

7. 1502-ci ildə dünyada ən sıx əhalinin yaşadığı şəhər məhz İstanbul idi. 

8. Aqata Kristi çox sevilən "Şərq ekspresində qətl" romanını İstanbulda yerləşən "Pera Palas" mehymanxanasında qələmə alıb.  

9. İstanbul Bizans və Osmanlı imperiyasının  paytaxtı olub. 

10. İstanbulda 200-dən çox hamam mövcuddur və əksəriyyəti Osmanlı İmperiyası dönəmində inşa edilib. 

Səadət Hakıyeva.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi