lider-media.az

Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün Novruz şənlikləri təşkil edilib

Baxış: 500 Tarix: 24-03-2024, 16:28


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial sifarişləri ilə Ağdam və Ağcabədi rayonlarında 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün Novruz şənlikləri keçirilib.

“Gələcəyə Qayğı” Regionların Sosial-İqtisadi İnkişafına Dəstək İctimai Birliyinin və "İnkişafa Doğru" Regionların Sosial-İqtisadi İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən bayram tədbirində 200-dən artıq sağlamlıq imkanları məhdud uşaq və onların valideynləri iştirak edib. Kəndirbazların çıxışı, tonqal ətrafında rəqslər və rəngarəng musiqi nömrələri uşaqları şənləndirib, onlara sevincli anlar yaşadıb.

Sonda uşaqlara Novruz hədiyyələri verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi