Sosial sahədə icra olunan elektronlaşdırma proqramı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sistemini də əhatə edir. 2022-ci ildə istifadəyə verilən Əmək və Məşğulluq Altsistemi bu sahədə mühüm addımdır və hazırda həmin altsistemə bir sıra əlavə və yeni funksionallıqların daxil edilməsi işləri aparılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu barədə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sahəsində görülən işlər və gələcək hədəflərə dair keçirilən iclasda bildirilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əmək münasibətləri sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində son illər atılan addımları qeyd edib.
Əmək hüquqlarının təminatına nəzarət sistemində innovativ həllərin geniş tətbiqinin əsas prioritetlərdən olduğu diqqətə çatdırılıb. İşəgötürənlər və işçilər üçün vahid əmək münasibətləri platforması olan Əmək və Məşğulluq Altsisteminin (ƏMAS) əmək münasibətləri üzrə kadr uçotu sisteminin, habelə əmək müqavilələrinin bağlanmasının kağız üzərindən rəqəmsal müstəviyə keçidini təmin etdiyi vurğulanıb. Habelə nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən əmək münasibətlərinə dövlət nəzarətinin çevik və effektiv, daha səmərəli həyata keçirilməsinə imkan yaratdığı bildirilib.
ƏMAS-ın təkmilləşdirilməsi üçün altsistemə daxil edilmiş yeni əlavə və yeni funksionallıqlar “İşəgötürənlər üçün “Müraciətlər ” bölməsi”, “Əmək müqaviləsində “Əmək funksiyası” bölməsinin məcburiliyi”, “Məzuniyyət əmrlərinin formalaşdırılması”, “E-qanunvericilik toplusu”, “Kollektiv əmək müqavilələri” və s. diqqətə çatdırılıb.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyət istiqamətləri üzrə aparılan işlərə və hədəflərə dair təqdimatlar edilib. Həmçinin qeyd olunub ki, son bir ildə işəgötürənlər tərəfindən 471,6 min manat sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən edilib. Xidmətin gördüyü tədbirlər nəticəsində işəgötürənlər tərəfindən həmin vəsait işçilərə ödənilib, habelə əmək müqavilələrinə qanunsuz xitam verildiyi müəyyən olunan 107 işçi əvvəlki iş yerlərinə bərpa edilib.
İclasda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi sahəsində görülən işlər, əmək müfəttişliyi sisteminin, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar, tətbiq olunan innovativ yeniliklər, işəgötürənlər və işçilər arasında əmək qanunvericiliyinin tətbiqinə dair maarifləndirmə və s. sahələrdə görülən işlər və gələcək hədəflər müzakirə olunub.


Ədliyyə Nazirliyində 2023-cü ilin yekunlarına həsr olunan geniş kollegiya iclası keçirilib
Baş Prokurorluqda “Prokurorluq orqanları tərəfindən 2023-cü ildə görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə dair” Geniş Kollegiya iclası keçirilib
Azad olunmuş ərazilərdə fəaliyyət göstərməsi üçün mikro sahibkarlıq subyektlərinə əməkdaşlıq təklif edilir
Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin fevral ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ
ALTERNATİVİ OLMAYAN QALİB LİDER
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb