lider-media.az

Türkiyənin 2024-cü ildə ən çox ziyarət edilən muzeyləri

Tarix: Dünən, 12:11

Türkiyə xaricdən oğurlanmış artefaktların geri qaytarılması istiqamətindəki səylərini davam etdirir. Bu sahədə ötən il əldə edilən əhəmiyyətli nailiyyətlər ölkənin qərarlılığını daha da gücləndirib. Qazıntılar zamanı üzə çıxarılan və xaricdən geri qaytarılan artefaktlar muzeylərdə öz yerini taparkən, bu muzeylərə olan ziyarətçi sayı hər il artır.
 Ötən il "Gecə Muzeyi" layihəsi çərçivəsində Efes və Hierapolis kimi bəzi yerlərin ziyarət saatlarının uzadılması bu marağı daha da artırıb. Layihə çərçivəsində bəzi yerlər yay boyu gecələr işıqlandırılaraq daha çox turistin onları ziyarət etməsinə imkan yaradılıb. Layihə həmçinin ziyarətçi axınını gün ərzində bərabər paylamaqla və turistləri otellərdən kənarda yerləri kəşf etməyə təşviq etməklə davamlı turizmi dəstəkləyib, yerli iqtisadiyyata töhfə verib.
2024-cü ildə Türkiyənin ən çox ziyarət edilən muzeyləri sırasına Konya Mevlana Muzeyi, Ankara Cümhuriyyət Muzeyi və İstanbul Galata Qülləsi daxildir. 
Mevlana Muzeyi 2,634,355 ziyarətçi qəbul etdiyi halda, Cümhuriyyət Muzeyi 806,883 sayda ziyarətçi ilə ikinci yerdə qərarlaşıb. Onları 677,048 ziyarətçi ilə Galata Qülləsi və 507,700 ziyarətçi ilə İstanbul Arxeologiya Muzeyi izləyib.
Digər tərəfdən, ən çox ziyarət edilən arxeoloji yerlər arasında İzmir Efes Arxeoloji Sahəsi 3 milyona yaxın (2,626,753) ziyarətçi ilə birinci yerdə qərarlaşıb. Denizli Hierapolis (Pamukkale) Arxeoloji Sahəsi 2,372,395 ziyarətçi ilə ikinci, Nevşehir Göreme Arxeoloji Sahəsi 1,084,870 ziyarətçi ilə üçüncü yeri tutub. Sonrakı yerlərdə  906,110 ziyarətçi ilə Nevşehir Zelve Paşabağlar Arxeoloji Sahəsi və 709,643 ziyarətçi ilə Şanlıurfa Göbeklitepe Arxeoloji Sahəsi qərarlaşıb.


Səadət Hakıyeva.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi