lider-media.az

10 noyabr Mustafa Kamal Atatürkün doğum günüdür

Tarix: 10-11-2024, 10:41

 Türkiyə Respublikasının qurucusu və ilk prezidenti, dövlət xadimi

Mustafa Kamal Atatürk— Türkiyə Respublikasının qurucusu və ilk prezidenti, dövlət xadimi, marşal, 1919-cu ildə başlayan Türkiyə İstiqlaliyyət müharibəsinin öndəri.
Birinci Dünya müharibəsində Osmanlı ordusunda xidmət edən Atatürk Çanaqqala cəbhəsində polkovnik, Suriya-Fələstin cəbhəsində isə İldırım Ordular qrupunun komandiri vəzifəsinə təyin edildi. Müharibənin sonunda Osmanlı imperiyasının məğlub olmasının ardınca İstiqlaliyyət müharibəsi — Türk Milli Hərəkatına liderlik və öndərlik etdi. Türkiyə İstiqlaliyyət müharibəsi ərəfəsində Ankara Hökumətini qurdu, Türkiyə Ordusunun baş komandanı olaraq Sakarya döyüşündəki qələbəsinə görə 19 sentyabr 1921-ci ildə "Qazi" ləqəbini aldı və marşal rütbəsinə yüksəldi. Hərbi və siyasi fəaliyyəti ilə Antanta Dövlətləri və onların dəstəkçiləri üzərində qələbə qazandı. Müharibədən sonra Cümhuriyyət Xalq Partiyasını qurdu və partiyanın ilk sədri oldu. 29 oktyabr 1923-cü ildə prezident seçildi. 1938-ci ildə ölənə qədər dörd hakimiyyət dövründə bu vəzifədə xidmət edərək Türkiyədə ən uzun müddət prezident olmuş şəxs oldu.
Atatürk müasir, proqressiv və dünyəvi olan milli dövlət yaratmaq üçün siyasi, iqtisadi və mədəni sahələrdə dünyəvi və millətçi şəkildə islahatlar həyata keçirmişdir. Belə ki, xarici ölkələrə verilmiş iqtisadi imtiyazlar ləğv edildi və onlara məxsus müəssisələr və dəmir yolları milliləşdirildi. Təhsil sahəsində qəbul etdiyi qanunla təhsil Türkiyə hökumətinin nəzarətinə keçdi. Təhsil sistemi dünyəvi və elmi təhsilə əsaslandırıldı. Minlərlə yeni məktəb tikildi. İbtidai təhsil pulsuz və məcburi edildi. Xarici məktəblər dövlətin nəzarətinə keçdi. Kəndlilərdən alınan ağır vergilər (aşar vergisi) azaldıldı. Kişilərin papaq və geyimlərində bəzi dəyişikliklər edildi. Təqvim, saat və ölçülərdə dəyişikliklər edildi. Məcəllə ləğv edilib əvəzində dünyəvi qanun qəbul edildi. Qadınların mülki və siyasi hüquqları bir çox Qərb ölkəsindən əvvəl tanındı. Poliqamiya ləğv edildi. Qadınların şahidliyi və miras haqqı kişilərinkiylə bərabər edildi. Eynilə, Türkiyədə qadınlara dünyanın əksər ölkələrindən əvvəl yerli seçkilərdə (1930), daha sonra ümumi seçkilərdə (1934) seçmək və seçilmək hüququ verildi. Cinayət və borc haqqında dünyəvi qanunlar qəbul edildi. Sənayenin dirçəldilməsi məqsədilə qanun qəbul edildi. Torpaq islahatı edilməsinə cəhd edildi. Ərəb hərflərinə əsaslanan Osmanlı əlifbasının yerinə latın qrafikasına əsaslanan yeni türk əlifbası təsis edildi. Xalqın maariflənməsi üçün təhsil kompaniyası başladıldı. Universitet islahatı keçirildi. Birinci Beşillik Sənaye Planı qəbul edildi. Sinif və statusa görə ayrı-seçkilik yaradan ləqəb və adlar ləğv edildi və soyadları qüvvəyə mindi. Yekcins və vahid xalq yaratmaq üçün türkləşdirmə siyasəti həyata keçirilirdi.
Türkiyə Dövlət Dəmir YollarıTürk Hava YollarıMineral Tədqiqat və Kəşfiyyat Ümumi MüdirliyiTürk Tarix QurumuTürk Dil QurumuDəyanət işləri üzrə rəhbərlik və bir çox başqa dövlət qurumları Atatürk tərəfindən və ya Atatürkün dəstəyi ilə təsis edildi. Kənd təsərrüfatının, toxuculuğun, maşınqayırmanın, təyyarə və avtomobil sənayesinin inkişafına dəstək verildi. Bütün bunlara baxmayaraq, Atatürkün hədəfləri ilə ölkənin siyasi-sosioloji quruluşu arasındakı uçurum aradan qalxmadı.1839-cu ildə Kocacıkda anadan olduğu düşünülən atası Əli Rza əfəndi əslən Şimali Makedoniyadandır. Atasının ailəsi XIV–XV əsrdə Anadoludan köç etmiş Kocacık köçərilərindəndir. Əli Rza bəy əvvəlcə dini vəqflərə nəzarət edən məmur olaraq işləmiş, Rusiya-Osmanlı müharibəsindən əvvəl 1876–77-ci illərdə könüllü leytenant olaraq xidmət etmişdir. Zibeydə xanımla ailə həyatı qurduqdan sonra Salonikidə ticarətlə məşğul olmuşdur.Anası Zibeydə xanım 1857-ci ildə Saloniki şəhərinin qərb hissəsində fermer ailəsində anadan olmuşdur. Anasının nəsli Karamandan Rumeliyə gələn türkmənlərə dayanır.
Əli Rza bəylə Zibeydə xanım 1871-ci ildə ailə həyatı qurdu və Əli Rza bəyin atasına məxsus Salonikidəki evdə yaşamağa başladılar. Atatürk rumi təqvimi ilə 1296-cı (miladi təqvimlə 1880–1881) ildə Salonikidə anadan olmuşdur. Samsuna gəldiyi 19 mayı doğum günü olaraq qəbul etmişdir. Fatma, Ömər, Əhməd, Naciyə və Makbule adlı beş övladın ilk dördü kiçik yaşda ölmüşdür.
Məktəbə başlama yaşına çatan Mustafanın hansı məktəbə gedəcəyi mövzusunda anası ilə atası arasında münaqişə yaranmışdır. Anası Mustafanın Hafiz Mehmet Əfəndinin məhəllə məktəbinə getməsini, atası isə o dövrdəki yeni üsullarla təhsil verən dünyəvi Şəmsi Əfəndi Məktəbində oxumasını istəyirdi. Sonda əvvəlcə məhəllə məktəbinə başlayan Mustafa bir neçə gün sonra Şəmsi Əfəndi Məktəbinə keçdi. Atatürk məktəb seçimindəki bu qərarı üçün həyatı boyu atasına minnətdarlığını bildirmişdir. Atatürk 1888-ci ildə atasını itirdi. Bir müddət "Rapla" fermasında anasının ögey qardaşı Hüseyinin yanında qalıb sadə ferma işləriylə məşğul olduqdan sonra, təhsilsiz qalacağından narahat olan anasının istəyi ilə Salonikiyə qaytıdı, bibisinin yanında yaşamağa başlayıb məktəbi bitirdi. Bu müddətdə Zibeydə xanım Salonikidə gömrük məmuru işləyən Raqıp Bəylə evləndi.

Mustafa dünyəvi məktəb olan və bürokrat yetişdirən Saloniki Mülki Liseyinə yazıldı. Anasının bu qərarına qarşı çıxmasına baxmayaraq 1893-cü ildə liseyə daxil oldu. Bu məktəbdə riyaziyyat müəllimi kapitan Üsküplü Mustafa Sabri bəy ona mənası "mükəmməllik, yetişkinlik" olan "Kamal" adını verdi. Fransız dili müəllimi kapitan Nakiyüddin bəy Yücekök azadlıq düşüncəsi ilə gənc Mustafa Kamalın düşüncə tərzinə təsir etdi. Atatürk məktəbi 1895-ci ildə sinif dördüncüsü olaraq bitirdi. Mustafa Kamal Kuleli Hərbi Liseyinə girməyi düşünsə də, ona qardaşlıq edən salonikili zabit Həsən Bəyin Bitolada təhsilin daha yaxşı olduğu tövsiyəsini qəbul edərək 1896-cı ildə Bitola Hərbi Liseyinə yazıldı.

1896–1899-cu illərdə təhsil aldığı Bitola Hərbi Liseyində tarix müəllimi qolağası Mehmet Tevfik bəy Mustafa Kamalın tarixə olan marağını artırdı. Məktəbdə fransız dilini öyrəndi, Salonikidə keçirdiyi yay tətillərində də fransız dili kurslarına davam etdi. 19 aprel 1987-ci ildə başlayan Osmanlı-Yunan müharibəsinə könüllü qatılmaq istəsə də, həm orta məktəb şagirdi olduğu üçün, həm də 16 yaşında olduğuna görə cəbhəyə gedə bilmədi. 1898-ci ilin noyabr ayında Bitola Hərbi Liseyindən sinif ikincisi olaraq məzun oldu. 13 mart 1899-cu ildə İstanbulda Quru Qoşunları Hərbi Məktəbinə daxil oldu. Hərbi məktəbə girdikdən iki ay sonra sinif çavuşu oldu. Birinci kursu 27-ci, ikinci kursu 11-ci, üçüncü kursu 549 kursant içərisində sinif səkkizincisi olaraq bitirdi və 10 fevral 1902-ci ildə leytenant rütbəsiylə zabit kadrların hazırlandığı Hərbi Akademiyaya haqq qazandı.

Quru Qoşunları Hərbi Məktəbindən sonra Hərbi Akademiyada təhsilinə davam etdi və zabit təhsili aldı. Hərbi Akademiyada təhsil alarkən dostları ilə birlikdə hökumətin idarəetməsi və siyasəti mövzusunda gördükləri əskiklik və yanlışları açıqlamaq üçün əllə yazılmış qəzet nəşr etdilər. Məktəb idarəsi tərəfindən izlənsələr də, cəza almadılar və məktəb qurtarana qədər qəzetin nəşrinə davam etdilər. Atatürk 11 yanvar 1905-ci ildə "zabit" rütbəsi ilə məzun oldu.

Kadr kapitanı Mustafa Kamal məzuniyyətin ardınca mərkəzi Dəməşqdə yerləşən 5-ci Orduya təcrübə məqsədiylə göndərildi. Bu təcrübədə piyada, süvari və topçu qoşunlarında xidmət etdi. 1905–1907-ci illərdə Dəməşqdə Lütfi Müfit bəy Özdeşin komandanlığı altında olan 5-ci Orduda xidmət etdi. İlk təcrübəsi 5-ci Ordunun 30-cu Süvari alayında baş tutdu. Bu dövrdə aşağı rütbəli təcrübəçi kapitan olaraq Suriyanın müxtəlif ərazilərindəki üsyanlarla maraqlanan Mustafa Kamal "kiçik döyüş"lə təcrübə qazandı. Dörd ay üsyanlarla məşğul olduqdan sonra Dəməşqə qayıtdı. 1906-cı ilin oktyabr ayında mayor Lütfi Bəy Dr. Mahmut Bəy, Lütfi Müfit Özdeş bəy və hərbi həkim Mustafa Cantekinlə birlikdə "Vətən və Hürriyət" adlı təşkilat qurduqdan sonra ordudan icazəsiz Salonikiyə getdi. Saloniki Mərkəzi Komandanlığının müavini kapitan Cəmil bəy Uybadın köməkliyi ilə sahilə çıxdı və orada öz təşkilatının şöbəsini açdı. Bir müddət sonra axtarıldığını öyrəndi və ona qardaşlıq edən polkovnik Həsən Bəy Təl-Əvivə qayıdıb oranın komandiri Əhməd Bəyə Misir sərhədindəki Beer-Şevaya göndərildiyini bildirməsini təklif etdi. Əhməd Bəy də Mustafa Kamalı Beer-Şevaya təyin etdi və bir müddət sonra topçu təcrübəsi üçün yenidən Dəməşqə göndərildi. 20 iyun 1907-ci ildə qolağası oldu və 13 oktyabr 1907-ci ildə 3-cü Orduya kadr olaraq təyin edildi. Amma Salonikiyə çatanda "Vətən və Hürriyət"in şöbəsinin "İttihad və Tərəqqi" təşkilatına birləşdiyini öyrəndi. Buna görə özü də 1908-ci ilin fevralında "İttihad və Tərəqqi" təşkilatına üzv oldu (üzv nömrəsi 322 olmuşdur).[44] 22 iyun 1908-ci ildə Rumeli Şərq Bölgəsi Dəmir Yolları Müfəttişliyinə təyin edildi.[45][46][47][48][49][50]

23 iyul 1908-ci ildə konstitusiyalı monarxiyanın bərqərar olmasından sonra 1908-ci il dekabr ayının sonlarında "İttihad və Tərəqqi" təşkilatı tərəfindən sosial, siyasi və təhlükəsizlik problemlərini araşdırmaq üçün indiki Liviyanın bir hissəsi olan Tripolitaniyaya göndərildi. Burada 1908-ci il inqilabının düşüncələrini liviyalılara yaymağa və buradakı əhalinin müxtəlif təbəqələrindən olan insanları "Gənc türklər"in tərəfinə çəkməyə çalışdı.[51] Bu siyasi vəzifəsindən əlavə buradakı əhalinin təhlükəsizliyi ilə də maraqlandı. Şəhərdən kənarda aparılan döyüş təlimində Benqazi qarnizonuna rəhbərlik edərək əsgərlərə müasir taktikalar öyrətdi. Bu təlim zamanı o, bölgədəki digər güclü anti-sistem adamlarına nümunə olmaq üçün üsyankar Şeyx Mənsurun evini mühasirəyə alaraq onu nəzarətə götürdü. Həmçinin həm şəhər əhalisini, həm də kənd əhalisini qorumaq üçün ehtiyat ordu planlaşdırmağa başladı.]

13 oktyabr 1909-cu ildə 3-cü Orduya aid "Saloniki Rədif" təriqətinin lideri oldu və 13 aprel 1909-cu ildə konstitusiyalı monarxiyaya qarşı 3-cü Orduya aid 2-ci və 4-cü döyüş batalyonlarının üsyanı ilə başlayan, digər qoşunların qatılması ilə geniş vüsət alan 31 mart üsyanını yatırmaq üçün Saloniki və Ədirnədən yola çıxaraq mirliva Mahmud Şövkət Paşanın komandanlığı ilə 1909-cu il aprelin 19-da İstanbula daxil olacaq Hərəkət Ordusunun ilk eşelon hissələrinin qərargah rəisi oldu. Daha sonra 3-cü Ordu Qərargahı, 3-cü Ordu Zabit Təlim Komandanlığı, 5-ci Korpus Qərargahı, 38-ci Piyada Alayının komandiri vəzifələrində xidmət göstərdi.Stuart Klaynın "Türk aviasiyasının xronologiyası" kitabına görə Mustafa Kamal 1910-cu ildə Fransada keçirilən Pikardiya təlimlərinə qatıldı. Burada yerni istehsal olunmuş təyyarələrin sınaq uçuşları həyata keçirilirdi. Əli Rza paşa bu uçuşlardan birinə qatılmaq istəyən Mustafa Kamalı qabaqladı. Və sonra uçuşdan enən həmin təyyarə eniş zamanı yerə düşdü. Bəzi mənbələr tərəfindən bu hekayəyə əsaslanaraq Atatürkün təyyarəyə minməkdən qorxduğu iddia edilsə də, kitabın yazıçısı Klayn Atatürkün bu hadisədən sonra 3 dəfə təyyarəyə mindiyindən bəhs etmişdir.Mustafa Kamal qayıtdıqdan sonra 27 sentyabr 1911-ci ildə İstanbulda Baş qərargahda xidmət etdi.Mustafa Kamal sultanlığın ləğvindən sonra 15 yanvar 1923-cü ildə Əskişəhərdə hökumət sistemləri ilə bağlı çıxışında respublikaya qarşı çıxır və respublika ilə konstitusiyalı monarxiya arasında heç bir fərq olmadığını bildirir:

"Bütün dünya tarixində və bu gün də dünya üzrə mütləqiyyət idarəsinə, konstitusiyalı idarəyə rast gəlirik, bir də respublika hökümətləri də görürük. Bildiyimiz konstitusiyalı monarxiya və respublika hökümətlərinin təşkili hakimiyyət bölgüsü əsasında təşkil edilir. Biz hakimiyyət birliyi əsasında hökumət təsis etdik… Məncə həqiqətdə hakimiyyət bölgüsü yoxdur, hakimiyyət birliyi vardır. Əgər şəriət qaydalarına uyğunluq baxımından qiymətləndirmək istəyirsinizsə, nəzərinizə çatdırım ki, bizim şəriət qaydalarımızda müəyyən bir hökumət ifadəsi yoxdur. Respublika, mütləqiyyət formaları kimi bir forma müəyyən edilməyib…"

 Mustafa Kamal müxalifətin gücləndiyi, seçkilərin keçiriləcəyi vaxtın qeyri-müəyyən olduğu bir vaxtda, 19 yanvar 1923-cü ildə İzmitdə parlamentli idarəetmə sistemini müdafiə edir və respublikanın üstün olduğunu belə açıqlayır: "Bizim hökümətimiz daha despotik hökumət deyildir. Mütləq və konstitusiyalı monarxiya höküməti də deyildir. Bizim hökümətimiz Fransa və ya Amerika hökümətlərinə də oxşamır. Bizim hökümətimiz xalq hökümətidir. Tam olaraq şura hökümətidir. Yeni Türkiyə dövlətində hakimiyyət xalqındır…

Mustafa Kamal 2 fevral 1923-cü ildə İzmirdə çıxışında respublika ilə konstitusiyalı monarxiya idarəetmə üsulları arasında çox kiçik fərq olduğunu belə ifadə edir: "Mütləqiyyət hökümətləri vardır, konstitusiyalı hökümətlər də vardır, respublika hökümətləri də vardır. Bunlar bu gün dünyada gördüyümüz idarəetmə formalarıdır. Lakin bütün bu adları iki ad altında birləşdirə bilərsiniz. Şəxsi hakimiyyət vardır və yaxud respublikalı hakimiyyət vardır. Mən bu ifadə tərzimlə respublika ilə konstitusiyalı hakimiyyət arasında çox az fərq olduğunu gördüm… Məncə, sultanlıq, respublika formalarında müəyyən müddət dəyişməz səlahiyyətlərə malik olan müvəqqəti sultan vardır. Digərində idə özü sultan olan və öldükdən sonra da övladına və yaxud qohum və yaxınlarına miras olaraq qalan sultanlıq vardır…

Mustafa Kamal respublikanın elan ediləcəyini ilk dəfə 22 sentyabr 1923-cü ildə "Wiener Neue Freie Fresse" qəzetinin müxbirinin paytaxtın hara olacağı sualına cavab olaraq ifadə etmişdir: "O ki, qaldı Türkiyənin paytaxtı məsələsinə. Bunun cavabı təbiidir: Ankara Türkiyə Respublikasının paytaxtıdır.İstiqlaliyyət müharibəsinin ardınca Türkiyədə iki başlı hakimiyyət yaranmışdı. TBMM 1 noyabr 1922-ci ildə Osmanlı sultanlığını ləğv edib VI Mehmedi hakimiyyətdən uzaqlaşdıraraq İstanbul hökumətinin hüquqi varlığına son qoydu. 8 aprel 1923-cü ildə yeni rejimin təməlini təşkil edən Xalq Partiyasının (CXP) əsasını qoydu.

25 oktyabr 1923-cü ildə həm Baş nazir, həm də Daxili İşlər naziri olan Fəthi Bəy Daxili İşlər nazirliyini tərk etdiyi açıqladı. Qazi Mustafa Kamal 28 oktyabr 1923-cü il gecəsi Çankayada İsmət Paşa və bəzi şəxsləri toplayaraq "Sabah respublikanı elan edəcəyik," dedi və öz qərarını açıqladı. 29 oktyabr axşam yerli saatla saat 18:45-də TBMM-nin iclası başladı. Anayasa Komissiyasının hesabatı və digər sənədlər təsdiqlənmək üçün iclasa təqdim edildi və 29 oktyabr 1923-cü il bazar ertəsi axşamı saat 20:30-da millət vəkillərinin alqışları və "Yaşasın cümhuriyyət!" nidaları ilə respublika elan edildi.

Prezidentlik dövrü (1923–1938)

Respublikanın elan edilməsinin ardınca keçirilən prezident seçkisində iştirak edən 158 millət vəkilinin hamısının seçimi ilə Qazi Mustafa Kamal Türkiyənin ilk prezidenti seçildi.[120] Atatürk öz sözü ilə Türkiyəni "müasir mədəniyyət səviyyəsinə çatdırmaq" məqsədilə bir sıra mühüm islahatlar keçirdi. 1924-cü il konstitusiyasına əsasən TBMM 29 oktyabr 1923-cü ildə keçirilən prezident seçkisindən sonra üç dəfə də (1927, 1931, 1935-ci illərdə) Qazi Mustafa Kamalı yenidən prezident seçdi. Atatürkün prezidentlik dövründə İsmət İnönüFəthi Okyar və Cəlal Bayar Baş nazir olmuşdur. Bu müddətdə ən çox vəzifədə olan və ən çox hökumət quran İsmət İnönü olmuşdur. Belə ki, Atatürkün prezidentliyi dövründə 8 hökumət qurulmuşdur.

Atatürk tez-tez ölkədə səyahət edərək dövlət işlərinə yerində nəzarət etmişdir.TBMM-də 3 mart 1924-cü ildə Təhsil islahatı keçirilərək mədrəsələr ləğv edilmiş və Türkiyə Respublikasının sərhədləri daxilində yerləşən bütün məktəblər Türkiyə Respublikası Təhsil Nazirliyinə tabe edilmişdir. Təhsil qurumlarının vahid bir yerə tabe edilməsi ilə təhsil milliləşdirilmişdir. Həmin tarixdə TBMM-də qəbul edilən digər bir qanunla xəlifəlik ləğv edilmiş və Osmanlı xanədanının nümayəndələri vətəndaşlıqdan çıxardılaraq xaricə sürgün edilmişdir.

17 fevral 1925-ci ildə aşar vergisi (onda bir vergisi) ləğv edilmişdir. Aşardan əldə edilən gəlirin dövlətin xərclərinin yüzdə otuzuna bərabər olmasına baxmayaraq kəndlilərin vəziyyətinin yaxşılaşdırılması və istehsalın artırılması məqsədilə bu vergi ləğv edilmişdir.25 noyabr 1925-ci ildə Papaq qanunu qəbul edildi. Bu qanunla TBMM nümayəndələrinə və dövlət işçilərinə papaq taxmaq məcbur edildi və türk xalqına da buna zidd hərəkət etmək qadağan edildi.

30 noyabr 1925-ci ildə TBMM-də xanəgahlarınzaviyələrin və türbələrin bağlanması qanunu qəbul edildi və 13 dekabr 1925-ci ildə Türkiyə Respublikasının rəsmi qəzetində dərc edilərək qüvvəyə mindi.Osmanlı dövlətində istifadə olunan saat, təqvim və ölçülər Avropa dövlətlərindən fərqli olduğuna görə sosial, ticari və rəsmi münasibətləri çətinləşdirirdi. Osmanlının son vaxtlarında həmin fərqliliyi aradan qaldırmaq üçün bəzi işlər görülsə də bunlar kifayət etmirdi. Respublika dövründə bu problemləri həll etmək üçün çalışıldı. 26 dekabr 1925-ci ildə qəbul edilən qanunla Hicri və Rumi təqvimlərin yerinə miladi təqvim qəbul edildi və 1 yanvar 1926-cı ildən başlayaraq istifadə olundu. Bundan əlavə günbatımına əsaslanan alaturka saat əvəzinə müasir dünyanın istifadə etdiyi saat sistemi təmin edildi. Bir gün 24 saata bölünərək günlük həyat nizamlandı.Atatürk dövründə Türkiyənin yerli sənayesində inkişaf baş verdi. Türkiyənin ilk yerli təyyarəsi onun dövründə Vecihi Hürquş tərəfindən istehsal olundu.1928-ci ildə millətlərarası rəqəmlər qəbul edildi. 1931-ci ildə qəbul edilən qanunla istifadə olunan arşınəndazəokka kimi ölçü vahidləri ləğv edildi və bu ölçülərin əvəzində uzunluq vahidi olaraq metr, çəki vahidi olaraq isə kiloqram qəbul edildi. Bu dəyişikliklərin nəticəsində ölkədə ölçü sistemi vahid oldu.

1935-ci ildə qəbul edilmiş digər bir qanunla cümə günü olan həftə tətili yerinə şənbə günü günortadan sonra və bazar günü həftə tətili olaraq müəyyən edildi.17 fevral 1926-cı ildə İsveçrə Evlilik Qanunundan təcümə edilib hazırlanmış Evlilik Qanunu qəbul edildi və 4 oktyabr 1926-cı ildə qüvvəyə mindi. Bu qanunla türk ailə həyatı yenidən nizamlanmış; tək qadınla evlilik, rəsmi nikah və miras mövzusunda bərabərlik təmin edilmişdir.1 mart 1926-cı ildə 1889-cu il İtaliya Zanerdelli Qanununa əsaslanaraq hazırlanan 765 saylı Türkiyə Cinayət Qanunu TBMM tərəfindən qəbul edilərək qüvvəyə minmişdir.TBMM 1 noyabr 1928-ci ildə yeni əlifbanın qəbul edilməsinə dair qanun qəbul etdi. Qanun qəbul edildikdən sonra əhaliyə oxu-yazı öyrətmək məqsədilə "Milli məktəblər" quruldu. Atatürk 24 noyabr 1928-ci ildə "Milli məktəblərin baş müəllimi" elan edildi.Qadınların 1930-cu ildə yerli, 1934-cü ildə isə ümumi seçkilərdə seçmə və seçilmə hüququ tanınmışdır.12 iyul 1932-ci ildə Atatürkün təlimatı ilə Türk Dili Tədqiqat Cəmiyyəti qurulmuşdur. 1934-cü ildə keçirilən qurultayda cəmiyyətin adı "Türk Dili Araşdırma Qurumu"; 1936-cı ildəki qurultayda isə "Türk Dil Qurumu" olaraq dəyişdirilmişdir.Homogen və birləşmiş xalq yaradılması üçün türkləşdirmə siyasəti tətbiq edildi. Türk olmayan azlıqlara ictimaiyyətdə türk dilində danışmaq məcbur edildi, türk dilində olmayan toponimlər və azlıqların soyadları türk dilinə çevrildi.Atatürkün təlimatı ilə qurulan qurumlardan digər biri Türk Tarix Qurumudur. Türk tarixini və mədəniyyətini araşdırmaq məqsədilə yaradılan Türk Tarixi Tədqiqat Heyəti 4 iyun 1930-cu ildə ilk iclasını keçirmiş və idarə heyətini təyin etmişdir. 29 mart 1931-ci ildə Türk Ocaqlarının 7-ci Qurultayında bağlanma qərarı verildikdən sonra, 12 aprel 1931-ci ildə "Türk Tarixi Tədqiqat Cəmiyyəti" adı ilə yenidən təşkil edilmiş və fəaliyyətinə davam etmişdir. Qurumun adı 1935-ci ildə "Türk Tarixi Araşdırma Qurumu", daha sonra isə "Türk Tarix Qurumu" olaraq dəyişdirilmişdir.21 iyun 1934-cü ildə qəbul edilmiş Soyadı Qanununa görə hər türk öz adından başqa ailəsinin ortaq işlədəcəyi soyada sahib olacaqdı. Bu soyadlar türk dilində olacaq, əxlaqa zidd və gülünc adlar soyad olaraq qəbul edilməyəcəkdi. Soyadı Qanununun qəbul edilməsindən sonra 24 noyabr 1934-cü ildə TBMM tərəfindən Mustafa Kamala "Atatürk" soyadı verilmişdir. 26 noyabr 1934-cü ildə qəbul edilmiş digər bir qanunla isə; Ağa, Hacı, Hafiz, Xoca, Molla, Əfəndi, Bəy, Bəyəfəndi, Paşa, Xanım, Xanıməfəndi və Həzrətləri kimi ləqəb və titullar ləğv edilmişdir.3 dekabr 1934-cü ildə qəbul edilən "Bəzi kisvələrin (dini geyimlər) geyilməyəcəyinə dair qanun" ilə ruhanilərin hansı din və məzhəbə mənsub olmalarından asılı olmayaraq mabəd və ayinlər xaric digər vaxtlarda ruhani geyimində olmalarına icazə veriləcəkdi.Atatürk prezidentlik dövründə həmçinin torpaq islahatı üçün də çalışmışdır.

Dünyəvilikrespublikaçılıqmilliyətçilikxalqçılıqdövlətçilikinqilabçılıq prinsipləri 10 may 1931-ci ildə Cümhuriyyət Xalq Firqəsinin proqramında yer almış, 5 fevral 1937-ci ildə isə konstitusiyaya daxil edilmişdir. Atatürk 1923–1938-ci illər hakimiyyəti dövründə Türkiyə iqtisadiyyatı ortalama 7,5% qalxaraq ölkənin ÜMM-su dünyanın mində 3,62-sindən mində 6,62-sinə yüksəlmişdir. Onun dövründə Türkiyə Respublikası dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biri olmuşdur.Atatürkün prezidentlik dövründə xarici siyasəti Türkiyə-Yunanıstan əhali mübadiləsi, Türkiyənin Millətlər Cəmiyyətinə qəbul olması, Balkan sazişiMontrö boğazlar konvensiyası və Səadabad paktı təşkil edir.Atatürk xarici siyasətdə realist və dinamik idi. Ona verilən "xarici siyasətiniz hansı prinsipə əsaslanır?" sualına "Biz özümü tanıyan şəxslərik. Həyata keçirə bilməyəcəyimiz istəklərimiz yoxdur." cavabını vermişdir. O, islamçılıq və turançılıq ideyalarının zərərli səviyyəyə yüksəlməsinə qarşı tədbirlər görmüşdür.Hərbi tərbiyə görən və müharibələrdə iştirak edən Atatürk əsgərlik xidmətindən sonra sülh və əmin-amanlıq üçün çalışmışdır. Bunu onun "Bizim fikrimizcə, beynəlxalq siyasi təhlükəsizliyin inkişafının birinci və ən mühüm şərti xalqların ən azı sülhməramlılıq ideyasında səmimi birliyidir." ifadəsində görmək mümkündür.Türkiyə-Yunanıstan əhali mübadiləsi 1923-cü ildə Lozanna müqaviləsinin şərtlərindən biri olaraq Türkiyədəki yunanların Yunanıstana, Yunanıstandakı türklərin Türkiyəyə məcburi köçməsidir. Türkiyədə İstanbul ilə Gökçeada və Bozcaada, Yunanıstanda isə Qərbi Frakiya bu mübadiləyə aid edilməmişdir. Mübadilənin böyük hissəsi 1923–1924-cü illərdə baş tutmuşdur.

Atatürk Türkiyə-Yunanıstan münasibətlərini nizamlamaq üçün 1930-cu ildə Yunanıstanın Baş naziri Elefterios Venizelosu Türkiyəyə dəvət edərək keçmiş düşməni ilə dostluğun təməlini qoydu. Venizelos hakimiyyətdən getdikdən sonra da Türk-Yunan münasibətləri sabit qalmağa davam etdi. Venizelosun xələfi Panaqis Çaldaris 1933-cü ilin sentyabr ayında Atatürkü ziyarətə gəldi və Türkiyə Yunanıstan arasında Balkan sazişinin ilkin mərhələsi olan "Səmimi müqavilə" adında pakt imzalandı. Atatürk 1934-cü ildə Venizelos tərəfindən "Nobel" sülh mükafatına namizəd göstərildi. Amma Nobel Mükafatı Komissiyası qiymətləndirməyə qəbul etmədi.Yunanıstanın Anadolunu işğal etməsinin yanlış olduğunu düşünən və Türkiyə ilə dotluq münasibətlərinin davam etdirilməsini müdafiə edən diktator İoannis Meteksas Atatürk haqqında demişdir:

"…Prezident Atatürkün ortaq ideyalar və sülhməram iş birliyi çərçivəsində Türkiyə-Yunanıstan ittifaqının həqiqi qurucusu olduğunu heç vaxt unutmayacayıq. İki ölkə arasında sıx dotluq əlaqələri quruldu. Yunanıstan bu Türkiyə üçün gələcək yaradan bu böyük şəxsin xatirələrini qoruyacaq."

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi