lider-media.az

Bakı Metropoliteni yol təsərrüfatı mühəndisi vəzifəsi üzrə təcrübə proqramı elan edir!

Baxış: 21529 Tarix: 15-08-2025, 17:02

Bakı Metropoliteni yol təsərrüfatı mühəndisi vəzifəsi üzrə təcrübə proqramı elan edir!

Metropolitenin yol infrastrukturunun planlaşdırılması, qurulması və istismarı sahəsində biliklərinizi artırmaq, həmçinin real iş şəraitində təcrübə qazanmaq istəyən bütün namizədləri təcrübə proqramımıza qoşulmağa dəvət edirik!
Proqram sizə nə qazandıracaq?
•    3 ay müddətində nəzəri və praktik biliklərlə zəngin intensiv təlim
•    Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi
•    Təcrübə dövründə aylıq əməkhaqqı
•    Təcrübənin sonunda davamlı işə qəbul imkanı

Biz kimləri axtarırıq?
•    Cinsindən asılı olmayaraq, yaşı 22-30 arası olan gənclər
•    Təhsili nəqliyyat mühəndisliyi və dəmiryolu təsərrüfatı üzrə olan məzunlar

Seçim prosesi necə aparılır?
•    İxtisas üzrə test imtahanı
•    Müsahibə
•    Psixoloji dayanıqlılıq və qərarvermə qabiliyyətini yoxlayan testlər

Metropoliten sizə nə vəd edir?
•    Nahar (güzəştli)
•    Metropolitendən ödənişsiz istifadə
📩Müraciət üçün Bakı Metropoliteninin “[email protected]” e-mail ünvanına "Yol təsərrüfatı mühəndisi" başlığını qeyd etməklə CV göndərə bilərsiniz. 
📆Müraciət üçün son tarix: 31 avqust 2025
Uğurlar!
 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi