Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev sağlamlıq turizmi üzrə zəngin və geniş potensiala malik Azərbaycanda bu sahənin inkişafı ilə bağlı son illərdə bir çox istiqamətlər üzrə işlər görüldüyünü qeyd edib:
“Azərbaycanın sağlamlıq turizmi üzrə Naftalan neftinin turizm məhsulu kimi daha da inkişaf etdirilməsi, resursun Avropa və yeni bazarlarda təşviq edilməsi əsas hədəflər sırasındadır. Qarabağ və Şərqi Zəngəzur üzrə də sağlamlıq turizmi üçün zəngin potensiallı ərazilər mövcuddur. Bu ərazilərdə Türkiyədən olan mütəxəssislərin cəlb edilməsi ilə turizm, o cümlədən sağlamlıq turizmi resurslarının araşdırılması aparılaraq müvafiq təkliflər verilib. Bu istiqamətdə, əlbəttə, Kəlbəcər və onun balneoloji imkanları xüsusilə seçilir. Kəlbəcərdə turizmin inkişafına dair hazırlanmış konsepsiya sənədində təklif edilən 5 turizm və rekreasiya zonasından ikisi mineral-termal bulaqlar ətrafında olmaqla sağlamlıq turizmi profilinə sahibdir. Həmçinin, Laçın da mineral-termal su resursları ilə zəngin olduğundan, müvafiq sağlamlıq turizmi potensialına malikdir. Şuşa şəhərinin hava-rekreasiya imkanları sağlamlıq turizmi üzrə istiqamətlərin inkişafına töhfə verə bilər”.
Fuad Nağıyev qeyd edib ki, ölkəmizin sağlamlıq turizmi üzrə imkanlarının regional və beynəlxalq səviyyədə tanıdılması, bu sahədə marketinq fəaliyyətinin təşkili, brendin yaradılması Dövlət Turizm Agentliyinin əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyən olunub. F.Nağıyev çıxışının sonunda dövlətin dəstəyi, ölkə rəhbərliyinin diqqəti və sənayenin birbaşa iştirakı ilə yaxın illərdə sağlamlıq turizminin inkişafında əməli nəticələrin olacağından əminliyini bildirib.
Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev çıxışında zəngin turizm potensialına malik Kəlbəcərdə aparılan bərpa-quruculuq işləri, o cümlədən “İstisu” sanatoriyasının yenidən qurulması haqqında məlumat verib. O, Qarabağda beynəlxalq standartlara malik 3 hava limanının olmasının gələcəkdə Kəlbəcərə xarici turistlərin gəlməsinə şərait yaradacağını qeyd edərək konfransa öz işində uğurlar arzulayıb.
Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Cənab Prezidentin “Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamının ölkə başçısının turizmə, sağlamlıq turizminə olan diqqət və qayğısının nəticəsi kimi qiymətləndirib. Bu sərəncamın icrasının Naftalanın sağlamlıq turizm mərkəzi kimi dünyada tanıdılmasına xidmət edəcəyini bildirib.
Salamlama nitqlərindən sonra Azərbaycanın sağlamlıq turizm mərkəzlərini, tibbi turizm xidməti göstərən hotel və sanatoriyaları haqqında məlumatı əks etdirən videoçarx nümayiş etdirilib. Daha sonra konfrans öz işini panel sessiyalarla davam etdirib.
“Azərbaycan sağlamlıq turizmi mərkəzi kimi: cari vəziyyət və imkanlar” mövzusunda ilk sessiyada mövzu ilə bağlı beynəlxalq və yerli mütəxəssislər məsələyə dair baxışlarını ortaya qoyublar. Azərbaycanın təbii ehtiyatlarının qlobal turizm bazarında layiqli dəyərləndirilməsi, ölkənin mədəni irsi ilə sağlamlıq turizmini birləşdirən strateji yanaşmaların inkişaf etdirilməsi və mövcud infrastrukturun daha da təkmilləşdirilməsi üzrə planlar müzakirə olunub.
Digər sessiyalarda dünya üzrə uğur qazanmış ölkələrin sağlamlıq turizmi təcrübələri ilə yanaşı, onların tətbiq etdiyi texnologiyalar, rəqəmsal innovasiyalar, həmçinin sağlamlıq turizmi xidmətlərinin keyfiyyətini artırmaq üçün istifadə olunan yeni metodlar ətrafında da fikir mübadiləsi aparılıb.
Həmçinin, Azərbaycanın mövcud resurslarının və təbii müalicəvi ehtiyatlarının düzgün qiymətləndirilməsi məsələsi də müzakirə obyekti olub. İştirakçılar Azərbaycanın zəngin təbii müalicəvi ehtiyatları - Naftalan nefti, müalicəvi palçıqlar, termal sular, o cümlədən tarixi və mədəni irsi, mövcud sağlamlıq infrastrukturu kimi amillərin dünya bazarında önə çıxarılması üçün yeni imkanları nəzərdən keçiriblər.
Sonuncu sessiyada Azərbaycanın tibbi turizminin inkişafı istiqamətində perspektivlər, strateji yol xəritəsi araşdırılıb, ölkənin qlobal tibbi turizm xəritəsində mövqe tutmasına kömək edəcək əsas təşəbbüslər müzakirə edilib.
Tədbir çərçivəsində Sağlamlıq Turizmi və Tibbi Turizm üzrə işçi qrupların müzakirələri də keçirilib.

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Bəzi bələdiyyələr birləşdirilir
Prezident İlham Əliyev "Media haqqında" qanuna dəyişikliklərlə bağlı Fərman imzaladı
Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib YENİLƏNİB
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramı çərçivəsində 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur
Xocalıda özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara mediatur təşkil edilib
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Türkiyənin turizm gəlirləri 9 ayda 51,3 milyard dollara çatıb
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin ƏSASNAMƏSİ
S.Ə.Sadıqovun Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
İmişlidə “Aqrar sahədə dövlətin dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
Ekologiya və təbii sərvətlər naziri Hacıqabulda vətəndaşları qəbul edib
Şəhid ailələri üçün sağlamlıq aksiyasına start verilib
“WhatsApp”da yayılan saxta kampaniyalarla bağlı vətəndaşlara xəbərdarlıq edilib
Şəhid övladları üçün əyləncəli proqram təşkil edilib
Zəfər Günü ilə bağlı ağacəkmə aksiyası
Leyla Əliyeva Rusiyanın Xalq artisti ilə görüşüb
Ukraynadakı əməliyyatda tutulan azərbaycanlıların adları açıqlanıb
“Aqrar Məşvərət Şurası” İctimai Birliyinin növbəti iclası keçirilib
Noyabrın 4-də gözlənilən hava şəraiti
Səbinə Əliyeva yenidən Ombudsman seçildi
Panama Respublikasının Prezidenti Zati-aliləri cənab Xose Raul Mulino Kinteroya

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb