


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Xocalı rayonunda özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara mediatur təşkil edib. Mediatur iştirakçılarına işğaldan azad edilmiş ərazilərə köçürülmüş sakinlərlə bağlı Agentlik tərəfindən icra olunan aktiv məşğulluq proqramları barədə məlumat verilib.Qeyd edilib ki, bu tədbirlər çərçivəsində həmin sakinlərdən artıq 12621 şəxsin məşğulluğu təmin olunub. Onlardan 1224 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb. Doğma yurdlarına qayıtmış vətəndaşlardan 642 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib. İşğaldan azad olunmuş ərazilərə köçürülmüş sakinlərdən hazırda daha 1538 nəfərin məşğulluğunun təmin olunması istiqamətində iş aparılır.
Media nümayəndələri Xocalı rayonunun Ballıca kənd sakinləri Eyvaz Əliyev və Aysel Əliyevanın, Badara kənd sakini Əsmət Miriyevayanın təsərrüfatlarında olublar.Özünüməşğulluq proqramı çərçivəsində aktivlər verilməklə E.Əliyev üçün arıçılıq, A.Əliyeva üçün isə qoyunçuluq təsərrüfatı yaradılıb. Ə.Miriyevaya isə cins damazlıq heyvanlar verilib və onun üçün maldarlıq təsərrüfatı qurulub. Artıq Xocalı rayonu üzrə özünüməşğulluq proqramına cəlb olunmuş şəxslərin sayı 300-ə çatıb. Proqram iştirakçıları doğma yurdlarında fəaliyyət göstərməkdən qürur hissi keçirdiklərini, dövlətin dəstəyini daim hiss etdiklərini vurğulayıblar. Onlar öz təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


Xüsusi icra məmurları haqqında Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən istifadə QAYDASI
Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Quba, Qusar və Xaçmazda təsərrüfatlara mediatur təşkil edilib
Xocalıda özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara mediatur təşkil edilib
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramı çərçivəsində 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Türkiyənin turizm gəlirləri 9 ayda 51,3 milyard dollara çatıb
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin ƏSASNAMƏSİ
S.Ə.Sadıqovun Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
İmişlidə “Aqrar sahədə dövlətin dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
Ekologiya və təbii sərvətlər naziri Hacıqabulda vətəndaşları qəbul edib
Şəhid ailələri üçün sağlamlıq aksiyasına start verilib
“WhatsApp”da yayılan saxta kampaniyalarla bağlı vətəndaşlara xəbərdarlıq edilib
Şəhid övladları üçün əyləncəli proqram təşkil edilib
Zəfər Günü ilə bağlı ağacəkmə aksiyası
Leyla Əliyeva Rusiyanın Xalq artisti ilə görüşüb
Ukraynadakı əməliyyatda tutulan azərbaycanlıların adları açıqlanıb
“Aqrar Məşvərət Şurası” İctimai Birliyinin növbəti iclası keçirilib
Noyabrın 4-də gözlənilən hava şəraiti
Səbinə Əliyeva yenidən Ombudsman seçildi
Panama Respublikasının Prezidenti Zati-aliləri cənab Xose Raul Mulino Kinteroya

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb