lider-media.az

Ekologiya və təbii sərvətlər naziri Hacıqabulda vətəndaşları qəbul edib

Baxış: 1176 Tarix: Сегодня, 16:10

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 3 noyabr 2026-cı il tarixində ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Hacıqabul rayonunda Hacıqabul, Salyan, Neftçala, Sabirabad, Saatlı rayonlarından və Şirvan şəhərindən olan sakinləri qəbul edib.
Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyularaq dahi şəxsiyyətin əziz xatirəsi anılıb.
Vətəndaş qəbulu zamanı ətraf mühitin və meşələrin mühafizəsi, yaşıllıqların qorunması, hidrometeorologiya, məşğulluğun təmin edilməsi, eləcə də digər aidiyyəti məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin araşdırılması və zəruri tədbirlərin görülməsi barədə Nazirliyin məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilib.
ETSN-in fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydiyyata alınıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi