lider-media.az

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baxış: 184 Tarix: Сегодня, 16:37

“Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 iyun tarixli 257 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 iyun tarixli 257 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1146 (Cild I); 2025, № 3, maddə 269, № 10, maddə 964) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissə ləğv edilsin.

2. Həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə – “Səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərində korporativ idarəetmə Qaydaları və Standartları”nın 10.1.2-ci yarımbəndində “Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli 534 nömrəli Qərarı ilə yaradılmış Komissiya” sözləri “Respublikasının Maliyyə Nazirliyi” sözləri ilə əvəz edilsin.

3. Həmin Qərarla təsdiq edilmiş 3 nömrəli əlavə – “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin nəticələrinə əsaslanan ödəniş sistemi əsasında hüquqi şəxslərin idarəetmə orqanlarının üzvlərinə bonus ödənişinin verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1.4-cü yarımbənddən “və hüquqi şəxslərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi qaydalarına” sözləri çıxarılsın;

3.2. 4-cü hissə üzrə:

3.2.1. 4.1-ci bəndin birinci cümləsindən “hüquqi şəxslərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsinə əsasən” sözləri çıxarılsın;

3.2.2. 4.4-cü bənddən “hüquqi şəxsin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi nəticələrinə və” sözləri çıxarılsın;

3.3. 5.7-ci bənd ləğv edilsin.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 3 noyabr 2026-cı il

№ 367


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi