lider-media.az

DYP qeyri-sabit hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Baxış: 10 Tarix: 6-01-2025, 09:05

DYP qeyri-sabit hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Milli Hidrometeorologiya Xidməti Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Baş Dövlət Yol Polisi İdarəsi hazırda müşahidə olunan əlverişsiz hava şəraiti ilə əlaqədar sürücülərdən sürət həddini minimuma endirməyi, ara məsafəsini normadan artıq saxlamağı, küləkli havada avtomobillərini aşma, qopma ehtimalı yüksək olan obyektlərin yaxınlığında saxlamamağı, xüsusilə qoşqulu, tentli və uzun ölçülü yük avtomobillərinin iştirakı ilə baş verə biləcək qəzaların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyi, yağıntılı havalarda yolların sürüşkənliyini nəzərə almağı, avtomobilin şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə olmasına nəzarət etməyi xahiş edir.

DYPP qeyri-sabit hava şəraitinin yarada biləcəyi çətinlikləri nəzərə alaraq, piyadaları da yollarda məsuliyyətli olmağa çağırır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi