lider-media.az

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib

Baxış: 6 Tarix: 25-10-2024, 19:01

Lider-Media.az Respublika Baş Dövlət Yol Polisi İdarəsinin həftəsonu gözlənilən əlverişsiz hava ilə bağlı hərəkət iştirakçılarına müraciətini təqdim edir:
 --Sinoptiklərin məlumatına əsasən, həftəsonu ölkə ərazisində hava şəraitinin güclü külək və yağışla müşahidə oluna kəskin dəyişməsi, dağlıq ərazilərdə qar yağması gözlənilir. Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar hərəkət iştirakçılarına müraciət edərək onlardan yollarda yarana biləcək təhlükələrə qarşı hazırlıqlı olmağı, sürücülərdən sürət həddini minimuma endirməyi, hərəkət zamanı ara məsafəsini normadan artıq saxlamağı, küləkli günlərdə avtomobillərini aşma, qopma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlamağı, xüsusilə qoşqulu, tentli və uzun ölçülü yük avtomobillərinin iştirakı ilə baş verə biləcək qəzaların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyi, avtomobillərin mövsümə uyğun təchizatına xüsusi diqqət ayırmağı xahiş edir. Həftəsonuna təsadüf edən qeyri-sabit hava şəraitinin səfərə hazırlaşan sürücülər üçün əlavə çətinliklər yaradacağını vurğulamaqla yanaşı, piyadaları da yollarda diqqətli olmağa çağırırıq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi