lider-media.az

Azərbaycandan göndərilən 10 yük maşını Suriyaya daxil olub

Baxış: 260 Tarix: 5-01-2025, 17:39

Azərbaycandan göndərilən 200 ton ərzaq məhsulu daşıyan 10 yük maşını Suriyaya daxil olub.Bu barədə "Haber Global" telekanalının yayımladığı süjetdə deyilir.

Yardım maşınları sərhəd-keçid məntəqəsindən keçdikdən sonra ərzaq məhsulları boşaldılaraq AFAD-ın logistika anbarlarına göndərilib.Azərbaycandan göndərilən 200 ton ərzaq məhsulu daşıyan 10 yük maşını Türkiyədən keçərək bu ölkənin Suriya ilə sərhədinə çatıb.Bu barədə "Haber Global" telekanalının yayımladığı süjetdə deyilir.Tranzit Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) koordinasiyası altında həyata keçirilir.Yardım maşınları sərhəd-keçid məntəqəsindən keçdikdən sonra AFAD-ın logistika anbarlarına təhvil veriləcək. Anbarlarda görülən hazırlıqlardan sonra məhsullar Suriyada yardıma ehtiyacı olan ailələrə paylanacaq.Qeyd edək ki, dekabrın 30-da Azərbaycan Prezidentinin göstərişinə əsasən, Suriyada humanitar böhrandan əziyyət çəkən əhaliyə yardım məqsədilə müvafiq yardım göndərilib. On yük avtomobilindən ibarət konvoyda ümumilikdə 200 tona yaxın ərzaq və qida məhsulları var.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi