lider-media.az

Prezidentdən Azərbaycanın pravoslav xristian icmasına təbrik

Baxış: 10 Tarix: 5-01-2025, 17:20

prezidentden-azerbaycanin-pravoslav-xristian-icmasina-tebrik

Prezident İlham Əliyev müqəddəs Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını təbrik edib.

Təbrikdə deyilir:

“Müqəddəs Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, hamınıza cansağlığı və xoşbəxtlik arzulayıram.

Azərbaycanda əsrlərdən bəri xristian dininin mənsubları digər xalqların və konfessiyaların nümayəndələri ilə birgə mehriban dostluq, sülh və əmin-amanlıq mühitində yaşayırlar. Ölkəmizdə etnik-mədəni müxtəlifliyin və zəngin tolerantlıq ənənələrinin qorunub saxlanılması, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına qlobal miqyasda dəstək göstərilməsi apardığımız siyasətin başlıca istiqamətlərindəndir.

Cəmiyyətimizdə demokratik, hüquqi dövlətçilik prinsipləri, mütərəqqi dövlət – din münasibətləri bərqərar edilmişdir. Nümunəvi mültikulturalizm məkanı kimi tanınan Azərbaycanda dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəs eyni hüquq və azadlıqlara malikdir. Xristian həmvətənlərimiz də inanclarına uyğun ayin və mərasimləri sərbəst şəkildə həyata keçirməklə öz adət-ənənələrini layiqincə yaşadır, vətəndaşlıq borcunu vicdanla yerinə yetirərək, Azərbaycanın ictimai-siyasi, sosial-mədəni həyatında yaxından iştirak edirlər.

Yeniliyin, gələcəyə inamın, insanlar arasında xeyirxahlıq və şəfqət duyğularının rəmzi olan Milad bayramı hər il Azərbaycanda təntənə ilə qeyd edilir. Qoy bu əziz bayram ailələrinizə sevinc və səadət, süfrələrinizə bol ruzi-bərəkət gətirsin.

Bayramınız mübarək olsun!”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi