lider-media.az

Qara qutu”nun Braziliyaya göndərilməsi düzgün qərardır” - Tokayev

Baxış: 139 Tarix: 3-01-2025, 10:53

qara-qutunun-braziliyaya-gonderilmesi-duzgun-qerardir

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Aktauda qəzaya uğramasından danışıb.Qazaxıstan lideri bu haqda “Аna dili” nəşrinə müsahibəsində bildirib.

O qeyd edib ki, “Embraer” tipli təyyarənin “qara qutu”sunun Braziliyaya göndərilməsi istintaqın obyektiv və qərəzsiz aparılması üçün zəruri olan yeganə düzgün qərardır.Qeyd edək ki, təyyarənin “qara qutu”ları şifrənin açılması üçün Braziliyaya göndərilib. Belə ki, Braziliya qəzaya uğrayan “Embraer” təyyarələrinin istehsalçısıdır. AZAL-a məxsus təyyarə dekabrın 25-də Aktau yaxınlığında qəza enişi edib. Hadisə nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb. Həlak olanlardan 3-ü ekipaj üzvüdür. Onlara Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adı verilib. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi