lider-media.az

Təsirli bar an

Tarix: Dünən, 10:47

II Fəxri Xiyabanda qəhrəmanlara qazılan ÜÇ MƏZAR

II Fəxri Xiyabanda qəhrəmanlara qazılan ÜÇ MƏZAR
Azərbaycan Hava Yolları"nın Aktauda qəzaya uğrayan "Embraer 190" təyyarəsinin həlak olan ekipaj üzvləri II Fəxri Xiyabanda dəfn olunacaqlar.

Artıq onların məzarı da hazırdı...
Pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökümə Əliyevanın dəfninin təntənəli şəkildə təşkil olunacağı bildirilir.Qəhrəman ekipaj üzvlərinin adlarının əbədiləşdiriləcəyi, onlara şəhid statusunun veriləcəyi və təltif olunacaqları da gözlənilir.
Dekabrın 25-də Bakı-Qroznı reysi ilə uçan "Azərbaycan Hava Yolları”na məxsus "Embraer 190" təyyarəsi qəzaya uğrayıb. Təyyarə Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın "Pantsir-S1" zenit-raket kompleksi tərəfindən hücuma məruz qalıb. Daha sonra ciddi zədə alan təyyarəmizin Qroznı və Mahaçqala aeroportlarına enməsinə icazə verilməyib.Rusiya tərfi izin itirilməsi məqsədilə "Embraer 190" təyyarəsini Qazaxıstanın Aktau şəhərinə doğru yönəldib.
"Embraer 190"ın ekipajı böyük şücaət göstərərək, təyyarəni Xəzər dənizinə düşməkdən xilas edərək, onu Aktau şəhərinə çatdıra bilib.
Təəssüf ki, Aktau limanına 3 dəqiqəlik məsafə qalanda təyyarə qəza enişi etməyə məcbur olub. Qəza nəticəsində, ümumilikdə 67 nəfərdən 38-i həlak olub. Həlak olanlardan 25-i  Azərbaycan vətəndaşıdır.Məhz pilotların gərgin səyləri nəticəsində 29 nəfər olaydan sağ qurtula bilib.
Pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökümə Əliyeva isə partlayış zamanı həlak olublar.
Xatırladaq ki, "Embraer 190" təyyarəsinin 5 nəfərlik ekipaj üzvündən 2-si sağ qalıb. Sağ qalan bələdçilər Zülfüqar Əsədov və Aydan Rəhimlidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi