lider-media.az

Təyyarəyə fiziki və texniki kənar müdaxilə olub - AZAL-dan AÇIQLAMA

Baxış: 252 Tarix: 27-12-2024, 17:05

Təyyarəyə fiziki və texniki kənar müdaxilə olub - AZAL-dan AÇIQLAMA

“Azərbaycan Hava Yolları” aviaşirkəti (AZAL) dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirərkən qəzaya uğrayan “Embraer 190” təyyarəsinə kənar müdaxilə olduğunu bəyan edib.Bu barədə AZAL-ın rəsmi səhifəsindəki açıqlamada qeyd olunub.Bildirlib ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğraması ilə bağlı aparılan araşdırmaların ilkin nəticələrini və uçuşların təhlükəsizliyində yarana biləcək riskləri nəzərə alaraq, Bakıdan Rusiyanın 8 şəhərindəki hava limanına uçuşlar 28 dekabr 2024-cü il tarixindən Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin qərarına əsasən dayandırılıb.
Məlumatlara görə, "Embraer 190" təyyarəsi Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın "Pantsir-S1" zenit-raket kompleksi tərəfindən hücuma məruz qalıb. Daha sonra ciddi zədə alan təyyarəmizin Qroznı və Mahaçqala aeroportlarına enməsinə icazə verilməyib. Rusiya tərfi "Embraer 190" təyyarəsini Qazaxıstanın Aktau şəhərinə doğru yönəldib. Avialeynerin ekipajı böyük şücaət göstərərək, təyyarəni Aktau şəhərinə çatdırsa da, qəzadan qaçmaq mümkün olmayıb.

Aktau limanının yaxınlığında qəza enişi edən təyyarədəki 67 nəfərdən 38-i həlak olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi