lider-media.az

Xankəndidə atəşfəşanlıq

Baxış: 209 Tarix: 1-01-2025, 07:51

Xankəndidə atəşfəşanlıq - FOTOLAR

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Xankəndidə atəşfəşanlıq olub. Zəfər meydanına toplaşan insanlar böyük monitorda Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətini dinləyiblər.

Bayram ərəfəsində təşkil edilən konsert proqramı, bir neçə gün davam edən yarmarka və bir-birindən maraqlı tədbirlər əsl əyləncəyə çevrilib. Yeni ilin gəlişi münasibətilə Xankəndi səmasında müşahidə edilən atəşfəşanlıq daha yaddaqalan olub.

Bayram sevincini bölüşmək üçün Zəfər meydanına toplaşan dövlət qurumlarının əməkdaşları, Qarabağ Universitetinin müəllim və tələbələri, şəhərdə yaşayanlar və qonaqlar atəşfəşanlığı böyük maraqla izləyiblər. Atəşfəşanlıq Qarabağın, Xankəndi şəhərinin səmasını al-əlvan rənglərə boyayıb. Möhtəşəm atəşfəşanlıq coşqu ilə qarşılanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi