lider-media.az

Müdafiə Nazirliyinin rəhbər heyəti bayram ərəfəsində hospitalı ziyarət edib - VİDEO

Baxış: 170 Tarix: 30-12-2024, 18:03

Dekabrın 30-da Müdafiə Nazirliyinin rəhbər heyəti Baş Klinik Hospitalı ziyarət edib.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hospitalın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri düzülərək xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov hospitalın tibb personalı və burada müalicə olunan hərbi qulluqçularla görüşüb, onlara Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbriklərini çatdırıb.
Nazirliyinin rəhbər heyəti hərbi qulluqçuların müalicə prosesi ilə maraqlanıb, onların tezliklə sağlamlıqlarına qovuşaraq Ordu sıralarında xidmətlərini davam etdirmələrini arzulayıb və şəxsi heyətə bayram hədiyyələri təqdim edib.
Baş Klinik Hospitalın peşəkar tibb personalının xidmətləri yüksək qiymətləndirilib.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi