lider-media.az

“Kapital Bank”ın istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi keçiriləcək

Baxış: 107 Tarix: 29-12-2024, 15:56

“Kapital Bank”ın istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi keçiriləcək

Dekabrın 29-da Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Kapital Bank” ASC-nin istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.

BFB-dən bildirilib ki, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazın sayı 250 min ədəd, ilkin ticarət qiyməti 100 dollar, buraxılış həcmi 25 milyon dollar, illik gəlirlilik faizi 7 faiz, tədavül müddəti 7 ildir. “PAŞA Kapital İ.Ş” QSC anderrayter qismində çıxış edir.Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. “Kapital Bank” ASC-nin istiqrazları üzrə abunə yazılışı yanvarın 8-dən 22-dək 15 təqvim günü ərzində tamamlanacaqdır.İstiqrazlar üzrə yerləşdirmə yanvarın 24-də keçiriləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi