lider-media.az

AMEA-nın Nadir ağaclar parkında növbəti ağacəkmə aksiyası keçirilib

Baxış: 297 Tarix: 19-03-2024, 23:09


Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar AMEA-nın qəbul etdiyi tədbirlər planı çərçivəsində müvafiq işlər həyata keçirilir.

AMEA-dan bildirilib ki, həmin tədbirlər planı çərçivəsində Akademiya şəhərciyindəki Nadir ağaclar parkında növbəti ağacəkmə aksiyası keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Azad Həmkarlar İttifaqı və Gənc Alim və Mütəxəssislər Şurasının əməkdaşları iştirak ediblər.

Akademik İsa Həbibbəyli çıxış edərək əməkdaşları Novruz bayramı münasibətilə təbrik edib, AMEA-da “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində geniş tədbirlərin il ərzində keçiriləcəyini söyləyib.

Daha sonra Nadir ağaclar parkında ölkəmizin iqlim şəraitinə uyğun, dözümlü ağac və kol bitkiləri əkilib və aqrotexniki qulluq göstərilib.

Xatırladaq ki, Nadir ağaclar parkı 2023-cü ildə - Azərbaycanda “Heydər Əliyev İli” çərçivəsində salınıb. Bu parkın salınmasında məqsəd ölkəmizdə ekologiyanın qorunması, təbiətə qayğı hissinin təbliği və ətraf mühitin sağlamlaşdırılmasıdır.





OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi