lider-media.az

Azərbaycan və Özbəkistan muğam ifaçılarının konserti tamaşaçılara xoş anlar yaşadıb

Baxış: 533 Tarix: 19-03-2024, 22:15

Martın 19-da Beynəlxalq Muğam Mərkəzində Özbəkistanın Milli Makom Sənət Mərkəzinin Yunus Rəcəbi adına ansamblının və Azərbaycanın muğam ifaçılarının birgə konserti keçirilib.

AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl Beynəlxalq Muğam Mərkəzi və Özbəkistanın Milli Makom Sənət Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb.

Daha sonra Azərbaycan və Özbəkistan muğam ifaçıları konsert proqramı ilə çıxış ediblər.

Muğam Mərkəzində ilk səhnə alan ifaçılar Prezident İlham Əliyevin Sərəncamı ilə “Dostluq” ordeni ilə təltif olunan Haşimjon İsmayılovun rəhbərliyi ilə özbəkistanlı muğam ustaları olub.

Beynəlxalq Muğam Mərkəzinin solistləri rəngarəng muğam ifaları ilə konserti davam etdiriblər.

Azərbaycan və Özbəkistanın muğam ifaçıları tamaşaçılara xoş anlar bəxş ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi