lider-media.az

Xaricdəki Azərbaycan evlərində xatirə guşələri yaradılıb

Baxış: 185 Tarix: 26-12-2024, 18:04

Xaricdəki Azərbaycan evlərində “Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirən insanların xatirəsinə anım guşələri yaradılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumatda  bildirilib ki, Avstriya, Finlandiya, İspaniya, Kanada, Macarıstan, Yunanıstan və digər ölkələrdə yaşayan soydaşlarımız həmin ölkələrdəki Azərbaycan evlərinə gələrək anım guşəsinə qərənfillər düzür, şam yandırır, qəza nəticəsində həlak olanları hörmətlə anır, yaralananlara şəfa arzulayırlar.

Xaricdə yaşayan azərbaycanlılar hər zaman olduğu kimi, belə bir faciənin baş verdiyi gündə də xalqımızın və dövlətimizin yanında olduqlarını nümayiş etdirirlər.

Qeyd edək ki, hazırda dünyanın 18 ölkəsində 29 Azərbaycan Evi fəaliyyət göstərir. Azərbaycan evləri həqiqətlərimizin dünyaya çatdırılmasında, soydaşlarımızın tariximizi və mədəniyyətimizi öyrənmələrində ciddi rol oynayan, bayram və hüzn günlərində birliyimizi nümayiş etdirən məkanlardır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi