2001-ci il noyabr ayının 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliliyinin və fəallığının artmasına təsir göstərib. Bu, ölkənin ictimai-siyasi həyatında yeni bir hərakat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Həmin qurultayda Ulu Öndərin böyük iftixarla söylədiyi "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" kəlamı isə dillər əzbərinə çevrilib.
Respublikamızın hüdudlarından kənarda yaşayan soydaşlarımızın vahid ideya ətrafında birləşməsini təmin etmək, diaspor üzvləri arasında əlaqələri daha da möhkəmləndirmək, sıx təmaslar yaratmaq məqsədilə keçirilən I qurultayda 36 ölkənin 200-dən çox müxtəlif təşkilatından 406 nümayəndə və 63 qonaq iştirak etmişdir. Ölkəmiz isə bu tarixi əhəmiyyət kəsb edən tədbirdə 130-dan çox dövlət və ictimai qurumlardan, elm, təhsil, mədəniyyət və digər yaradıcı təşkilatlardan, 25 siyasi partiyadan olan 702 nümayəndə və 844 qonaqla təmsil olunmuşdu. Qurultayda geniş məruzə ilə çıxış edən ulu öndər demişdir: "... Bizim vəzifəmiz, Azərbaycan dövlətinin vəzifəsi ondan ibarətdir ki, bütün ölkələrdə yaşayan azərbaycanlılara mümkün olan qayğını, diqqəti göstərsin, onların həyatı ilə maraqlansın və dövlətimizlə ayrı-ayrı ölkələrdə olan Azərbaycan icması arasında əlaqələri daha da inkişaf etdirsin. Azərbaycanın xaricində yaşayan azərbaycanlılar isə gərək, indi müstəqil Azərbaycan ilə daha da sıx əlaqələr qursunlar. Bunlar hamısı dünyada olan bütün azərbaycanlıların birliyinin, həmrəyliyinin təmin olunması üçün əsas şərtlərdir".
Qurultaydan sonra Ümummilli Lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla iş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də isə soydaşlarımızla bağlı dövlət siyasəti haqqında Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirib.
Ulu öndərin məqsədyönlü, uzaqgörən siyasətini uğurla həyata keçirən Prezident İlham Əliyev xalqımızın milli mənsubiyyətinin, mənəvi dəyərlərinin qorunub saxlanması və ümumbəşəri dəyərlərə inteqrasiyasını, azərbaycançılığın dövlət ideologiyası olaraq həyata keçirilməsini, ölkəmizin beynəlxalq arenadakı nüfuzunun daha da artırılmasını, respublikamız haqqında tam obyektiv, dolğun informasiyaların dünya ictimaiyyətinə çatdırılmasını diaspor təşkilatları qarşısında əsas məqsəd, mühüm vəzifə olaraq qoyub. Dövlət başçısının diaspor quruculuğu sahəsinə xüsusi diqqət və qayğısı sayəsində bu gün dünyanın ayrı-ayrı ölkələrində yaşayan həmvətənlərimiz mütəşəkkil şəkildə birləşir, onların fəaliyyət dairəsi günbəgün daha da genişlənir. Dünya azərbaycanlılarını dövlətimiz, xalqımız üçün böyük qüvvə hesab edən Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, 2006-cı il mart ayının 16-da paytaxt Bakıda 49 xarici ölkədən 593 nümayəndə və 388 nəfər qonağın iştirakı ilə Dünya Azərbaycanlılarının II Qurultayı keçirilmişdir. Tədbirdə Qurultayın qətnaməsi qəbul olunmuş, Azərbaycan Respublikası Prezidenti və dünya azərbaycanlılarına müraciətlər edilmişdir. Qurultay nümayəndələri, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına, BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Təşkilatına, Azərbaycan və türk diaspor təşkilatlarına da müraciət etmişlər.
Respublikaya rəhbərliyinin ilk vaxtlarından etibarən dünyanın dörd bir tərəfində yaşayan həmvətənlərimizin ulu öndərin müəllifi olduğu azərbaycançılıq ideologiyası ətrafında birləşməsi istiqamətində mühüm addımlar atan Prezident İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradılmışdır. Xaricdə yaşayan azərbaycanlılar, onların təsis etdiyi diaspor təşkilatları, dost ölkələrin xalqlarının diasporları ilə əlaqələrin genişləndirilməsini, dövlət və qeyri-hökumət təşkilatlarının bu sahə ilə bağlı fəaliyyətinin əlaqələndirilməsini təmin edən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi diasporla iş sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında və inkişafında yaxından iştirak edir. Dünyanın ayrı-ayrı ölkələrində yaşayan həmvətənlərimizin hüquq və azadlıqlarının müdafiəsinə, onların doğma ana dilimizi öyrənmələrinə, milli adət-ənələrimizi qoruyub saxlamalarına, başqa xalqların diaspor təşkilatları ilə əlaqə qurmalarına hər cür köməklik göstərir. Bu gün dünyanın 15 ölkəsində 29 Azərbaycan Evinin olması bunun ən bariz nümunəsidir.
2022-ci il aprel ayının 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayının - Zəfər Qurultayının işə başlaması bütün dünyaya səs saldı. Qurultay xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımızın öz Vətənləri ilə sıx əlaqə saxladıqlarını və bu əlaqələrin günbəgün təkmilləşdiyini ehtiva etdi. Bu birlik İkinci Qarabağ müharibəsində özünü daha aydın şəkildə göstərmişdi. O zaman Vətəndən uzaqda olmasına baxmayaraq, hər bir azərbaycanlının ürəyi doğma Vətənində - Şuşada, Qarabağda döyünürdü. Bu birlik, bu həmrəylik isə tarixi Zəfərimizi şərtləndirdi. Zəfər Qurultayında geniş nitq söyləyən dövlət başçımız demişdir: "Əlbəttə, çox istəyirik ki, ikinci, üçüncü nəsil azərbaycanlılar öz mədəniyyətinə bağlı olsunlar. Əlbəttə, bu, o qədər də asan məsələ deyil. Burada onlar, ilk növbədə, Azərbaycan dilini bilməlidirlər. Burada, əlbəttə ki, təkcə ailələrdə Azərbaycan dilini yaşatmaq mümkündür, ancaq kifayət deyil. Ona görə Azərbaycan məktəblərinin, bazar günü məktəblərinin açılması istiqamətində də biz hər zaman kömək göstərməyə hazırıq. Əslində, bunu edirik. Bəlkə də bunu daha da təşkilatlanmış şəkildə etmək lazımdır. Çünki Ana dili əsas amildir. Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir".
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi öz fəaliyyətində müəyyən etdiyi əsas istiqamətlərdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təsis etdikləri diaspor təşkilatlarını dövlətimizin müstəqilliyinin və suverenliyinin daha da möhkəmləndirilməsinə, respublikamızın iqtisadi, sosial və mədəni inkişafına, dövlətlər, beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı münasibətlərin qurulması və inkişaf etdirilməsi işinə cəlb etməkdir. Komitə, həmçinin ölkəmizin hüdudlarından kənarda yaşayan həmvətənlərimiz haqqında xüsusi məlumat bankının yaradılmasını təmin edir, onların beynəlxalq hüquq normaları çərçivəsində milli-mədəni muxtariyyətlər və ictimai birliklər yaratmalarına yardım göstərir. 2019-cu ildə fəaliyyətə başlayan "Azərbaycan Diaspor Könüllüləri" yerli və beynəlxalq layihələrə, gənclərin müxtəlif ölkələrdə keçirdiyi tədbirlərə və maarifləndirici aksiyalara qoşulmaqla diaspor sahəsində dövlət siyasətinə ictimai dəstəyin təşkilində yaxından iştirak edir.
Bu gün dünya nizamının dəyişdiyi, ölkələr, xalqlar arasında əlaqələrin yenidən formalaşdığı zaman kəsiyində diaspor təşkilatlarının yaranması və fəaliyyəti ölkəmiz üçün vacib amildir. Belə ki, dünya xalqlarının bir-birinə inteqrasiyası, diaspor və lobbi təşkilatlarının beynəlxalq siyasətdə artan rolu fonunda diaspor quruculuğu tarixi zərurət kimi meydana çıxır. Müasir dünyanın çağırışlarına hər zaman çevik cavab verən Azərbaycan bu sahədə də məqsədyönlü siyasət yürüdür. Düzgün, düşünülmüş siyasətin nəticəsidir ki, beynəlxalq aləmdə dövlətimizin maraqlarının müdafiəsi, ölkəmizin həqiqətlərinin dünyaya çatdırılması istiqamətində böyük qüvvə kimi çıxış edən diaspor təşkilatlarımız gündən-günə fəallaşır. Xaricdə yaşayan azərbaycanlıların tarixi vətənləri ilə sıx təmasda olmaları, yaşadıqları ölkələrdə Azərbaycanı qürurla, iftixarla təmsil etmələri isə müstəqil dövlətimizi daha da gücləndirir.
Xarici öləkələrdə fəaliyyət göstərən diaspor təşkilatları Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında həmişə fəal mövqe nümayiş etdirir. Biz Vətən müharibəsində də bunun şahidi olduq. Diaspor təşkilatları bundan sonra da hər zaman dünyada Azərbaycanın haqq səsi olacaq.


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir
İlham Əliyevin andiçmə mərasimi keçirilib
DİASPOR QURUCULUĞU, LOBBİÇİLİK VƏ DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ
“Dövlətin təhlükəsizliyi naminə” - MƏQALƏ
Arzu Əliyeva Şəki səfərindən paylaşım edib
Nazir müavini Hidayət Abdullayev Şabran rayonunda vətəndaşları qəbul edəcək
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
Azərbaycan və Türkiyə Quru Qoşunları komandanları görüşüb
Bacarıqlar Sammiti çərçivəsində ikitərəfli görüşlər keçirilib
Ötən gün 78 cinayətin açılması təmin edilib
Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində maarifləndirmə görüşləri keçirilib
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Çağırışçıların yekun tibbi müayinəsi 4 kateqoriya üzrə aparılır və qərar barədə çağırışçıya e-qaydada məlumat verilir
19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib
Bakıda akademik Zərifə Əliyevanın 103 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib
Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
Növbəti köç karvanı Xocavənd rayonunun Xanoba kəndinə şəhərinə çatıb
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib
Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sosial şəbəkələrdə bu reklamlara qarşı diqqətli olun: DİN-dən xəbərdarlıq

Sabah bəzi yerlərdə arabir duman olacaq
Günəş püskürmələrinin dərin mənbəyi aşkarlandı
Təbii və faydalı qida sağlamlığın əsasıdır
40 yaşdan sonra arıqlamağı beyin necə qəbul edir?
Məşhurlar haqqında bilinməyənlər
Limon bir çox problemlərə yol aça bilər