lider-media.az

Hikmət Hacıyev: Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var

Baxış: 128 Tarix: 18-03-2024, 19:55

Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var.

Bu fikri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinə səfəri ilə bağlıaçıqlamasında bildirib.

H.Hacıyev deyib ki, Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilmiş Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşündə iki ölkə arasında əlaqələrin keyfiyyətcə yeni səviyyəyə qaldırılması, yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi ilə bağlı strateji tapşırıqlar verilib. Hazırda iki ölkə arasında əlaqələr bu istiqamətdə hərtərəfli şəkildə inkişaf edir. Bütövlükdə, Azərbaycanın xarici siyasətində Çin Xalq Respublikası ilə əlaqələrin hərtərəfli inkişaf etdirilməsi, münasibətlərin daha da dərinləşdirilməsi, keyfiyyətcə yeni səviyyəyə qaldırılması prioritet istiqamətlərdən biri kimi müəyyən edilib.

Prezidentin köməkçisi deyib: “Səfər çərçivəsində Çindən olan həmkarlarımızla birlikdə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi, ilk növbədə siyasi məsləhətləşmələrin aparılması, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, eyni zamanda, “Orta Dəhliz” kontekstində əməkdaşlıq məsələləri müzakirə olundu. Orta Dəhliz hazırda beynəlxalq səviyyədə iqtisadi-ticari münasibətlərin inkişafında, daşımalarda öz əhəmiyyətini bir daha sübut edib. Çin tərəfindən də bu layihəyə böyük maraq var”.

Bu il Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini xatırladan Hikmət Hacıyev bildirib ki, Azərbaycan və Çin qlobal Cənubu təmsil edən, inkişaf etməkdə olan ölkələrdir. Çinin “yaşıl enerji” sahəsində böyük təcrübəsi var. Pekində keçirilən görüşlərdə bu məsələlərə dair ətraflı müzakirələr aparılıb.

Prezident Administrasiyasının rəsmisi beynəlxalq təşkilatlar çərçivəsində yaxın əlaqələri olan Azərbaycanın və Çinin bir-birinin mövqeyini dəstəklədiyini deyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi