lider-media.az

Rəis müavini Lənkərandakı yeni penitensiar kompleksində yaradılan şəraitlə bağlı məlumat verib

Tarix: 18-03-2024, 15:17

Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu islahatlar nəticəsində ölkəmizin bütün sahələri dinamik inkişaf edir, o cümlədən ədliyyə sisteminin strukturu olan Penitensiar xidmətin fəaliyyəti təkmilləşdirilir, müəssisələrdə saxlanılan məhkumların, təqsirləndirilən şəxslərin hüquq və imtiyazları genişləndirilir, saxlanma şəraiti, qida, tibbi təminatı yaxşılaşdırılır. İdarəetmədə, təşkilatçılıqda yeni innovativ texnologiyanın imkanları tətbiq edilir. Beynəlxalq normalara uyğun olaraq müasirləşmə işləri və digər tədbirlər də həyata keçirilir.

Bunu Ədliyyə Nazirliyinin Lənkəranda yeni istifadəyə verilmiş penitensiar kompleksində keçirilmiş mediatur zamanı Penitensiar xidmətin rəis müavini ədliyyə general-mayoru Oqtay Məmmədov jurnalistlərə açıqlamasında deyib.

O vurğulayıb ki, bir neçə ay bundan əvvəl Umbakı penitensiar kompleksi, o cümlədən hazırda Lənkəran Penitensiar Kompleksinin istifadəyə verilməsi dövlətimizin məhkum və təqsirləndirilən şəxslərə diqqət və qayğısının növbəti əyani göstəricisidir. Kompleksdə bütün müasir tələblər nəzərə alınıb və uyğunlaşdırılıb. Kompleksin idarəetməsində “ƏN TEZ” xidməti, onlayn məhkəməyə qoşulmaq üçün xüsusi yerlər və s. var. Məhkumların asudə vaxtlarının səmərəli istifadə olunması üçün idman zalları, idman sahələri, islaha yönəlik tədbirlərin görülməsi üçün müvafiq sahələr fəaliyyət göstərəcək. Müəssisədə saxlanılanların say limiti 1 300 nəfərdir. Müəssisə iki hissədən ibarətdir. Bir hissəsi cəzaçəkmə, digər hissəsi isə istintaq təcridxanası kimi fəaliyyət göstərəcək. Müəssisənin ərazisində uzunmüddətli, qısamüddətli görüş otağı, rejim korpusları, istehsalat sahəsi, peşə biliklərini artırmaq üçün tədris sahəsi, digər əsas və köməkçi sahələr yerləşir.

Oqtay Məmmədov bildirib ki, xüsusən də müəssisənin etibarlı mühafizəsi üçün mühafizə taboru, məhkumları məhkəməyə, aidiyyəti qurumlara və digər yerlərə daşımaq üçün mühafizə taborunun tərkibində konvoy tağımı fəaliyyət göstərəcək.

“Müəssisədə çalışacaq əməkdaşlarımız da qayğı və diqqətdən kənarda qalmayıb. Əməkdaşlar üçün altımərtəbəli, 2-3 otaqlı 30 mənzilli yaşayış binası tikilib istifadəyə verilib. Mənzillər tam təmir olunub, məişət və digər avadanlıqlarla təchiz edilib. Bu görülən işlər, yaradılan şərait insan hüquqlarının qorunmasına yanaşmanın ən yüksək göstəricilərindəndir”, - deyə rəis müavini əlavə edib.

Qeyd edilib ki, Azərbaycan Prezidentinin apardığı dərin islahatlar nəticəsində əldə olunan uğurlar, o cümlədən ictimai sabitlik, təhlükəsizlik, ədliyyə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması xalqımızın mənafeyinə xidmət edən əsas əlamətdar göstəricilərdir.

Fəaliyyətində həmişə humanizm prinsipini rəhbər tutan Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə davamlı olaraq həyata keçirilən sosial, humanitar və cəmiyyətimizin bütün təbəqələrini əhatə edən layihələr xalqımızın rifahına töhfə verməkdədir.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi