lider-media.az

AZAL Londonun daha bir hava limanına uçuşlara başladı

Baxış: 202 Tarix: 18-03-2024, 10:13

18 mart 2024-cü il, Bakı – Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 17-dən Bakıdan Londonun daha bir hava limanına — Qetvikə reyslərin icrasına başlayıb.
 
“Azərbaycan Hava Yolları” aviaşirkətinin London Qetvik aeroportuna ilk uçuşunun qarşılanması mərasimində Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov, Qetvik hava limanının aviasiya inkişafı üzrə vitse-prezidenti Stefani Uir, media nümayəndələri, aviaşirkətin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
 
Aviaşirkət Bakıdan Qetvik hava limanına reysləri həftədə üç dəfə — çərşənbə, cümə və bazar günləri yerinə yetirəcək. Yeni marşrutun açılması ilə AZAL Bakı ilə London arasında həftəlik uçuşlarının sayını 6-ya çatdırdı.
 
Aviaşirkətin uçuş coğrafiyasının genişləndirilməsi çərçivəsində atılan bu addım sərnişinlərin artan tələbatını qarşılamaq məqsədini daşıyır.
 
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.
 
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi