lider-media.az

Türkiyədə turizm mövsümünün 12 ay olması hədəflənir

Baxış: 244 Tarix: 16-03-2024, 17:41

Ötən il 50 milyondan çox turistin ziyarət etdiyi Türkiyədə turizm mövsümünün 12 aya yayılması planlaşdırılır.

Bu barədə mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib. Türkiyənin dünya turizminin parlayan ulduzuna çevrilməsi üçün göstərilən səylərə diqqət çəkən nazir bu prosesdə turizm mövsümünün 12 aya çatdırılması və keyfiyyətli turizmin gücləndirilməsi istiqamətində atılan addımların ölkə siyasətinin prioritetlərindən biri olduğunu deyib.

Turizmdə rekordlarla dolu bir ilin geridə qaldığını bildirən Ersoy bu il üçün 60 milyon turistin və bu sahə üzrə 60 milyard dollar gəlirin hədəfləndiyini qeyd edib.

Bildirilib ki, Türkiyədə əsas turiz bölgələrindən olan Antalyada başladılan Türk Arxeologiya Tarixinin Qızıl Çağı - Gələcəyə Miras layihəsi çərçivəsində arxeoloji tədqiqatların sayını illik 720-yə çatdırılıb. Bu, dünya rekordudur. Türkiyə hazırda arxeologiya sahəsində dünyada ən çox qazıntı və bərpa işləri aparan ölkədir. Bu rəqəmin 2026-cı ildə 800-ə çatdırılması planlaşdırılır.

Nazir onu da bildirib ki, 2028-ci ilin sonuna qədər Antalyadakı arxeoloji ərazilərin qazıntısı, bərpası və ətraf mühitin planlaşdırılması üçün 5,5 milyard lirə vəsait ayrılıb.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi