lider-media.az

Türkiyə Prezidenti: Suriyada sabitlik bütün regionun sabitliyinə bərabərdir

Baxış: 184 Tarix: 18-12-2024, 22:47

Türkiyə Prezidenti: Suriyada sabitlik bütün regionun sabitliyinə bərabərdir


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın sabitliyi və təhlükəsizliyinin bütün region üçün təmin edilməsinin əhəmiyyətli olduğunu bildirib.

Lider-media.az AZƏRTAC-a istinadla xəbər verir ki, Ankarada Livanın Baş naziri Nəcib Mikati ilə birgə mətbuat konfransında çıxış edən Türkiyə dövlətinin başçısı qeyd edib ki, Suriya böhranı fonunda bütün region 13 ildir çətin vəziyyətdədir.

“Bu gün Suriya tarixində yeni bir dövr açılıb. Bu ölkədəki sabitlik bütün regionun sabitliyinə bərabərdir. Bütün tərəflər bu prosesə maksimal dəstək verməlidir”, - deyə o vurğulayıb.

Dövlət başçısı Suriyanın ərazi bütövlüyünün və unitar quruluşunun qorunub saxlanmasının vacibliyini vurğulayıb və Türkiyənin bundan sonra da bu ölkənin xalqını dəstəkləyəcəyinə əmin edib.

Siyasətçi həmçinin Suriyanın yenidən qurulmasında dəstəyi “qonşu ölkələrin borcu” adlandırıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi