lider-media.az

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Duzdağ Müalicə Mərkəzinə baxış keçirilib

Baxış: 252 Tarix: 18-12-2024, 15:57

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov Naxçıvana səfəri çərçivəsində Konfederasiyanın Duzdağ Müalicə Mərkəzində olub.Konfederasiya sədri Mərkəzdə yaradılan şərait və görülən işlərlə maraqlanıb.

AHİK-in üzv təşkilatı Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev Duzdağ Müalicə Mərkəzinin fəaliyyəti barədə məlumat verib.

Qeyd edək ki, Mərkəzin yeraltı hissəsi girişdən 300 metr məsafədə, 110 metr dərinlikdə yerləşir. Burada ilin bütün fəsillərində havanın temperaturu 18-20 dərəcə, nisbi rütubət 24-50 faiz arasında dəyişir. Buranın duzu bir çox xəstəliklərin, bronxial astma, bronxit, astma öncəsi vəziyyət, pollinoz, astmatik komponentli xroniki bronxit, allergik rinit və digər xəstəliklərin müalicə və profilaktikasında faydalıdır.Hazırda Mərkəzdə xəstələr üçün 474 çarpayı mövcuddur.Mərkəzlə tanışlıqdan sonra Sahib Məmmədov burada müalicə turizminin inkişafına dair hərtərəfli şəraitin yaradılması üçün tövsiyələrini verib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi