Heydər Əliyev Sarayında təşkil edilən tədbirdə müasir müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.Konfrans iştirakçılarını salamlayan və təşkilatçılara təşəkkürünü bildirən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki müstəsna rolundan, xilaskarlıq missiyasından, dövlət quruculuğu siyasətindən söz açıb, Naxçıvanın həyatında dahi rəhbərin gördüyü işləri, sabitliyin təmin olunması və sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması istiqamətində atdığı mühüm addımları qeyd edib. Bildirilib ki, 1990-1993-cü illərdə Naxçıvanda fəaliyyət göstərən böyük şəxsiyyət bu il 100 illik yubileyi qeyd edilən muxtar respublikanı bütün təhdidlərdən qoruyub, müstəqil dövlətçiliyimizin əsaslarını məhz burada işləyib hazırlayıb. Muxtar respublikanın inkişafının yeni dövrünə qədəm qoyduğunu diqqətə çatdıran Fuad Nəcəfli qeyd edib ki, bu gün Naxçıvan dövlət proqramlarını və infrastruktur layihələrini uğurla gerçəkləşdirir, ölkəmizin siyasi-iqtisadi qüdrətinin yüksəlməsində yaxından iştirak edir.
Konfransda çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov adı tariximizə qızıl hərflərlə yazılan Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz üçün əsrlərə bərabər nəhəng işlər gördüyünü, gələcək nəsillərə zəngin irs, dövlətçilik ənənələri miras qoyduğunu vurğulayıb. Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən sistemli və kompleks tədbirləri qeyd edən Konfederasiya sədri xalqın xahişi və təkidli tələbi əsasında Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıtmasından sonra həmkarlar ittifaqlarının da həyatında əsaslı dönüş yarandığını diqqətə çatdırıb. 1994-cü ildə postsovet məkanında ilk dəfə məhz Azərbaycanda “Həmkarlar ittifaqları haqqında” Qanunun qəbul olunması, işçilərin sosial müdafiəsinə yönəlmiş çoxsaylı normativ-hüquqi aktların qəbulu, Beynəlxalq Əmək Təşkilatının əsas konvensiyalarının ratifikasiyası Ulu Öndərin müdrik və uzaqgörən siyasətinin nəticəsi və vətəndaş cəmiyyətinin inkişafına verdiyi dəyərin təzahürüdür. Konfederasiya sədri Ümummilli Liderin siyasi kursunu cənab Prezident İlham Əliyevin böyük uğurla davam etdirdiyini vurğulayaraq ölkəmizin ərazi bütövlüyünün bərpasının, Azərbaycanın sürətli inkişafının Heydər Əliyev ideyalarının reallaşdırılmasının məntiqi nəticəsi olduğunu diqqətə çatdırıb. Ulu Öndərin işıqlı ideyalarının təbliği, zəngin siyasi irsinin öyrənilməsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun xidmətlərini xüsusi qeyd edən Sahib Məmmədov Fondun sosial layihələrinin həmkarlar ittifaqları üçün əsl örnək olduğunu vurğulayıb.
AHİK sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev çıxışında Ulu Öndərin tarixi və misilsiz xidmətlərindən bəhs edib.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev muxtar respublikanın 100 illik tarixi inkişaf yolundan, qazanılan uğurlarda Ümummilli Liderin əvəzsiz xidmətlərindən bəhs edib.
Sonra tədbirdə Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü və həmkarlar ittifaqlarına göstərdiyi diqqət və qayğıdan bəhs edən videoçarx nümayiş olunub.
Tədbir bədii hissə ilə davam edib.

















AHİK-in “Buzovna” Fizioterapiya Mərkəzi fəaliyyətə başlayıb
AHİK sədri qurumun Əmək və Sоsial Münasibətlər Akademiyasında tədrisin vəziyyəti ilə maraqlanıb
AHİK Zəfər Günü münasibətilə bayram tədbiri keçirib
“AHİK Könüllüləri” proqramının 11 universitetdə təqdimatı
BHİK Baş katibinin müavini Erik Manzi “Buzovna” Fizioterapiya Mərkəzində olub
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb