lider-media.az

Səhiyyə Nazirliyində Koreyanın aparıcı tibb universitetinin rəhbərliyi ilə görüş keçirilib

Tarix: 16-03-2024, 13:02

Səhiyyə Nazirliyində Koreyanın aparıcı tibb universitetlərindən biri olan “Kyung Hee” Universitetinin rəhbərliyi ilə görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindənverilən məlumata görə, səhiyyə naziri Teymur Musayev Azərbaycan ilə Koreya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb və iki ölkə arasında səhiyyə sahəsində mövcud olan əməkdaşlıq əlaqələrinin inkişafı üçün geniş potensialın olduğunu bildirib.

Nazirin dediyinə görə, ölkələrimizin ali tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik təcrübə mübadiləsi üçün bütün imkanlar mövcuddur: “Koreya Respublikasında səhiyyə sahəsində inkişaf etmiş sistem yaradılıb. Koreyalı mütəxəssislər təkcə praktik fəaliyyətləri ilə deyil, həm də elmi işləri ilə bütün dünyada tanınırlar. Burada xərçəng, dayaq-hərəkət sistemi, ürək, qaraciyər və böyrək xəstəliklərinin müalicəsinin yeni üsulları təkmilləşdirilərək tətbiq olunur”.

Nazir ikitərəfli əməkdaşlığın uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

Öz növbəsində “Kyung Hee” Universitetinin nümayəndələri də Azərbaycan Səhiyyə Nazirliyi ilə səmərəli əməkdaşlığın qurulmasında maraqlı olduqlarını vurğulayıblar. Qeyd edilib ki, “Kyung Hee” Universitet sistemi ənənəvi Koreya təbabətində aparıcı məktəb hesab olunur. Universitetə 23 bakalavr kollec, 1 ümumi magistratura, 13 ixtisaslaşdırılmış magistr proqramı və 49 köməkçi tədqiqat institutu daxildir.

Görüşdə tərəflər əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi