lider-media.az

Dünyanın 172 ölkəsi ilə ticarət əməliyyatları          

Tarix: 14-12-2024, 11:12

     

Dövlət Statistika Komitəsinin  məlumatına görə, 2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 172 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 120 ölkəyə məhsul ixrac olunmuş, 162 ölkədən idxal olunmuşdur. Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2024-cü ilin yanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 38412,7 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 21776,3 milyon dollarını və ya 56,7 faizini ölkədən ixrac olunmuş məhsulların, 16636,4 milyon dollarını (43,3 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 5139,9 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 100,0 faiz təşkil etmiş, real ifadədə isə 3,9 faiz, o cümlədən idxal 0,4 faiz, ixrac 5,9 faiz azalmışdır.

2024-cü ilin yanvar-oktyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı 2807,5 milyon dollar təşkil etmiş və 2023-cü ilin yanvar-oktyabr aylarına nisbətən faktiki qiymətlərlə 3,5 faiz artmış, real ifadədə isə 9,1 faiz azalmışdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi