lider-media.az

Bakı Dövlət Universitetinin tələbələri Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olub

Baxış: 598 Tarix: 15-03-2024, 16:41

Gənc hüquqşünasların prokurorluq orqanlarının fəaliyyəti və tarixinə olan marağını nəzərə alaraq,  Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin təşkilatçılığı ilə martın 13-də  Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri Baş Prokurorluğun Tarix muzeyi ilə tanış edilib.

Tanışlıq zamanı Muzeyin yaradılması, prokurorluğun  fəaliyyətini əks etdirən müxtəlif guşələrdəki eksponatlarla bağlı tələbələrə ətraflı məlumat verilib.

Bununla yanaşı tələbələr ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə yaradılmış guşə, Muzeyin zalları, prokurorluq işçilərinin geyim formaları və fərqlənmə nişanlarının nümayiş olunduğu xüsusi hazırlanmış bölmə, eləcə də digər sənəd və eksponatlarla tanış olublar.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi