lider-media.az

Husilər BMT təyyarəsinin Yəmənə enməsinə imkan verməyib

Tarix: 24-01-2024, 14:08

Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” hərəkatının üzvləri – husi üsyançıları BMT təyyarəsinin ölkənin şərqindəki Marib əyalətinin hava limanına enməsinə imkan verməyib.

AZƏRTAC Sky News Arabia telekanalına istinadla xəbər verir ki, husilər ikinci dəfədir BMT təyyarəsinin bir hissəsi üsyançıların nəzarətində olan Marib əyalətinə enməsinə mane olur.

Yanvarın 23-də Livanın “Əl Mayadeen” telekanalının yaydığı məlumata görə, ABŞ və Böyük Britaniya vətəndaşlarından ibarət BMT əməkdaşlarına husilərin nəzarətindəki bölgələri tərk etmələri üçün bir ay vaxt verib.

Qəzza sektorunda HƏMAS hərəkatı ilə İsrail ordusu arasında qarşıdurmasının şiddətlənməsindən sonra husilər Fələstin eksklavında əməliyyatlar dayandırılana qədər İsrailə zərbələr endirəcəklərini və bu ölkəyə üzən gəmilərin Qırmızı dənizdən keçməsinə imkan verməyəcəklərini bildiriblər.

Son məlumatlara görə, husilər ötən il noyabrın ortalarından bəri Qırmızı dəniz və Ədən körfəzində İsrail sahillərinə doğru üzən 30-dan çox yük gəmisinə hücum edib.

Xatırladaq ki, yanvarın 12-də Böyük Britaniya və ABŞ Silahlı Qüvvələri təyyarələrdən, həmçinin gəmi və sualtı qayıqlardan atılan qanadlı raketlərlə Yəmənin bir sıra şəhərlərinə, o cümlədən paytaxt Sənaya zərbələr endirib. Yanvarın 23-nə keçən gecə Yəmənin bombardmanı davam edib. London və Vaşinqton hava zərbələri ilə “Qırmızı dənizdə sabitliyi və gəmilərin təhlükəsiz hərəkətini bərpa etmək” niyyətində olduqlarını bildirirlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi